23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Yunis Hüseynov: “Onlara qələbəni qapıçıları qazandırdı”

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubuna qarşı keçirdikləri oyunu (0:0, penaltilər 4:5) şərh edib. Futbolxeber.az saytının məlumatna görə, o, qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:

 - Bu gün qələbə qazanmaq istəyirdik. Rəqib yaxşı komanda idi, kompakt idilər. Buna baxmayaraq, yaxşı çıxış etdik. Təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Deyərdik ki, onlara qələbəni qapıçıları qazandırdı. İki epizodda qolun vurulmasına mane oldu. Penaltilər isə lotereyadır. Məni narahat edən futbolçularımızda özünəinamın olmaması idi.

- Sanki 5-ci penaltini vuranı tapmırdınız...

- İlkin kapitandır və məsuliyyəti öz üzərinə götürdü. Ona heç nə demədim. Penaltini çox adam vura bilmir. Ona “sağ ol” deyirəm. Penaltilər seriyasına hazır idik, məşqdə bunların üzərində işləmişdik. Təəssüf ki, həmin penalti vurası oyunçular çəkindilər. Çəkinməsəydilər, bu gün qələbə bizimlə olardı.

- Bu inamsızlığa görə futbolçular cəzalanacaq?

- Komandamın oyunundan razı qaldım. 120 dəqiqə yaxşı oyun göstərdik. Əgər yaxşı oynamasaydıq, bir tədbir görərdik. Heç kim uduzmaq istəmir. Həmin oyunçular da bunu istəmirdilər. Sadəcə, özlərinə inam yox idi. Mənim özümdə də futbolçu vaxtı belə olub. Bu gün penaltilər seriyasında özünə inanan 4 futbolçu var idi. Qorxmaq lazım deyil.

 - Cavid İmamverdiyevin oyunundan razı qaldınız?

- Cavid hələ tam hazır deyil. Rəqib azlıqda qalanda orta xətdə top saxlayan lazım idi. Bu üzdən Cavidi meydana buraxdım ki, topla işləsin. Hələ hazır deyil, oyunundan razı qalmadım.

- Kristovao ilə bu mövsüm tək çıxış etmək alınacaq?

- Silva da hücumçudur, sadəcə hazır deyil. Kim rəqabətdə güclü olacaq, o da meydana çıxacaq.

- Rəqibin baş məşqçisi dedi ki, oyun müddətində çoxlu şanslar yarada bilmədiniz. Çempionatda bunun çarəsini tapa biləcəksiniz?

-  Rəqibin baş məşqçisinin nə dediyi mənə maraqlı deyil. Bizim qol epizodlarımızı görməyibsə, eynək taxmalıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30