23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Şerif"in baş məşqçisi: "Qarabağ" meydanda daha yaxşı olan tərəf idi"

"Qarabağ"ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. Buraxılan səhvdən sonra penalti oldu, daha sonra qırmızı vərəqə aldıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şerif"in baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis "Qarabağ"ın güclü futbolçularının olduğunu söyləyib: "İlk hissənin əvvəlində bərabər oyun gedirdi. Penalti epizodundan sonra üstünlük rəqibin tərəfinə keçdi. "Qarabağ" meydanda daha yaxşı olan tərəf idi".

Zekiç komandasının antifutbol oynaması fikrinə münasibət bildirib: "Mən də hücum futbolu oynamaq istərdim. Amma öz oyunumuzu antifutbol saymıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30