19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Şkendiya"nın baş məşqçisi: “Ümid edirik ki, “Sumqayıt” çox da dəyişməyib”

"Komandamızın ümumi durumu çox yaxşıdır. Əsas məqsədimiz 90 dəqiqə əlimizdən gələni etmək və ilk hesabı açan tərəf olmaq, sonda isə meydanı qalib tərk etməkdən ibarətdir".

Futbolxeber.az saytının məlumatına görə, bunu Şimali Makedoniya "Şkendiya"sının baş məşqçisi Ernest Coka "Sumqayıt"la keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi barədə kifayət qədər bilgi toplayıblar: "Əsasən, ötən mövsümün son oyunlarını izləmişik. Ümid edirik ki, çox da dəyişməyiblər".

Özünəməxsus oyun üslubuna malik olduqlarını deyən Coka bütün sirləri açıqlamaq istəmədiklərini əlavə edib. O, koronavirusa yoluxduğu üçün Azərbaycana gəlməyən futbolçu Armend Aliminin digər oyunçuları yoluxdurma ehtimalının olmadığını bildirib: "Çünki bütün qaydalara əməl olunub, sosial məsafə gözləniib. Onun yoxluğu təsir edə bilər. Amma biz bunu minimallaşdırmağa çalışacağıq. Ümid edirik ki, gələcək oyunlarda bizə kömək edə biləcək".

Baş məşqçi avrokubok təcrübəsi və hazırlıq səviyyəsiinin mərhələ keçməkdə "Şkendiya"ya yardımçı olacağını əlavə edib.

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30