29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ayxan Abbasov: “Həmişə bunun xəyalında olmuşuq”

"Sumqayıtda arzu etdiyimiz gün yetişdi. Sabah Avropa Liqasının oyununu keçirəcəyik. Həmişə bunun xəyalında olmuşuq, artıq reallaşır. Rəqibimiz Şimali Makedoniyanın ən məşhur klublarından biridir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə Şimali Makedoniya "Şkendiya"sına qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis komandasının əzmkarlıq göstərəcəyinə inam ifadə edib: "Rəqibi analiz etmişik. Zəif və üstün tərəfləri var. Taktiki göstərişləri düzgün yerinə yetirə bilsək, yaxşı nəticənin olacağına ümidvaram. Evdə oynayırıq, azarkeş olmasa da, bu, bizim üstünlüyümüzdür. Zədəlilərimiz yoxdur, hamı oyuna hazırdır".

Abbasov Azərbaycan millisinə çağırılan "Sumqayıt"ın futbolçularının daha çox olmasını həmişə arzuladıqlarını söyləyib. O, gələcəkdə daha çox oyunçularının diqqət çəkəcəyinə inam ifadə edib. Futbolçuların gedişi, vaxtımızın və transferlərin azlığı müəyyən çətinliklər yaratdı. Çempionatda cəmi bir tur oynamışıq. Amma bunun bəhanə olmasını, çətinliklər barədə düşünməyimizi istəmirəm. İnanıram ki, sabah uğurlu nəticə göstərəcəyik".

Baş məşqçi "Şkendiya"nın heyətində koronavirus aşkarlanan futbolçu Aliminin digər oyunçuları da yoluxdurma ehtimalına da münasibət bildirib: "Bununla məşğul olan qurumlar var. İnanmıram ki, özlərində təhlükə ola-ola bizi təhlükəyə atsınlar".

Gənc mütəxəssis "Şkendiya"nın son 3 turdakı oyunlarını izlədiklərini və komandanı tərk edənlərin olduğunu xatırladıb. O, rəqibin heyətində güclü oyunçuların olduğunu və onların topla oynamağı sevdiklərini bildirib: "Texnikalı, bir-birilərini başa düşən futbolçuları var. Eyni zamanda gənclər də çıxış edir. Rəqibi düzgün analiz etmişik. Nəticə üçün oynayacağıq. Taktikamızı açıqlamayacağam, bu, sirdir. Rəqibin üstün cəhətləri cinahdan daha çox asmalar etmələri və qısa ötürmələrlə müdafiəni yarmalarıdır. Uzaqdan qollar vuran oyunçuları da var. Bunların qarşısını almağa çalışacağıq".

Baş məşqçinin sözlərinə görə, "Şkendiya" Şimali Makedoniyanın ən varlı klubudur: "Bunu oradakı dostlarımız deyirlər. Məncə, Azərbaycan Premyer Liqasında ilk 4-lük uğrunda mübarizə apara bilərlər". 

Abbasov Azərbaycan Premyer Liqasının ilk turunda "Keşlə" ilə matç zamanı Rəhim Sadıxovun penalti vura bilməməsinə diqqət çəkib: "İstəməzdik ki, penaltilər seriyasına çataq. Amma bu, baş versə, yararlanmağa çalışacağıq. Oyun zamanı penalti qazansaq, ya Elvin Məmmədov, ya da Əli Qurbani yerinə yetirəcək. Son iki ildə ilkləri gerçəkləşdiririk. Əvvəlcə Azərbaycan Kubokunun finalına, sonra isə avrokuboklara yüksəldik. İndi də bir mərhələ keçsək, bu, bizim üçün uğur sayıla bilər". 

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31