20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”nin legioneri: “Düşünürəm ki, nəticə ədalətli idi”

"Qələbə qazana bilərdik, çox əzmkar matç oldu. Qalib gəlmək üçün hər şeyi etdik, amma hava şəraiti hər iki komandaya yaxşı oyun sərgiləmək üçün mane oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Rodriqo Qattas Azərbaycan Premyer Liqasının I turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri matç barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi bütün qarşılaşmalarda qələbə haqqında düşündüklərini bildirib.

Çilili oyunçu görüş ərzində boşluqlar axtardıqlarını sözlərinə əlavə edib: "Zirə"nin də yaxşı futbolçuları var. Düşünürəm ki, nəticə ədalətli idi. Qələbə qazanmaq üçün hücumda son anda dəqiq oynaya bilmirdik. Bu çatışmazlığı yaxşılaşdırmaq üçün çox çalışacağıq. Bu mövsüm Avropa Liqasında vəsiqə üçün hər şeyi verəcəyik. Məqsədə çatmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Rodriqo Qattas "Qəbələ"yə 2020-ci ilin əvvəlində keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30