19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ" braziliyalı hücumçunun transferini həll etdi

"Qəbələ" klubu Braziliyanın B Seriyasında çıxış edən "Parana" komandasının futbolçusu Rafael Alemaonun keçidini həll etmək üzrədir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov açıqlama verib.

Klub rəsmisi 24 yaşlı hücumçu ilə danışıqların müsbət yekunlaşacağını bildirib: "Alemao öz klubu ilə məsələsini necə həll edir, onu bilmirəm. Hansısa problem çıxmasa, transferi gerçəkləşəcək. Ümid edirik ki, Premyer Liqanın II turuna qədər o, Azərbaycana gələcək".

Qeyd edək ki, Rafael Alemao "Parana"nin yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. "Qəbələ" daha əvvəl "Vitoriya"nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30