28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yunis Hüseynov: “Səhv etmədən qələbə qazandıq”

"Bu komandaya 5-6 gündür baş məşqçi təyin olunmuşam. İşlərimin çoxluğu səbəbindən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov  Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, bu, çox vacib oyun idi: "Qələbə qazanaraq, Avropa Liqası matçına yüksək əhval ruhiyyədə çıxmaq istəyirdik. Futbolçularıma təşəkkür edir, rəqibə uğurlar arzulayıram. Düzgün oynayan komanda qalib gəlir, səhv edən komanda uduzacaqdı. Biz səhv etmədən qələbə qazandıq".

Daha sonra o bildirib: "Mən son həftədə ancaq "Sumqayıt"ı təhlil etmişəm. Sırf məşq prosesini də buna uyğun etmişəm və Albaniya komandasını düşünməmişəm. Amma sabahdan "Laçi"ni təhlil etməyə başlayacağıq. Rəqibin güclü və zəif tərəflərinə uyğun məşq prosesi keçirəcəyik. Bizim də zəif tərəflərimiz var və bunun üzərində işləyəcəyik.

 Y. Hüseynov klub rəhbərliyinin onun qarşısında yaxşı oyun məqsədi qoyduğunu deyib: "Yaxşı oyun olanda yaxşı nəticə də gəlir. Rəhbərlik də yaxşı oyun istəyib".

"Keşlə"nin baş məşqçisi bu yaxınlarda mövqeləri gücləndirəcəklərini söyləyib: "Bunun üçün rəhbərlikdən transfer istəmişəm. Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31