20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Emin Mahmudov: “Buna heç fikir verməmək lazımdır”

“Məncə, yoxlama oyunları çempionata heç vaxt təsir etmir. Çünki yoxlama oyunu ona görə lazımdır ki, biz yaxşı formamımızı yığaq. Burada həmişə ağır məşqlər olur. Düzdür, “Sabah”la yaxşı nəticə olmadı, amma bu yenə də çempionata təsir edən deyil".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov klubun televiziyasına açıqlamasında deyib.

O, yeni mövsümə hazırlıq barədə danışarkən ilk rəqibin kim olmasının əhəmiyyət kəsb etmədiyini bildirib: "Yeni mövsümə necə hazırlaşdığımızı ancaq çempionat oyunları göstərəcək. İndi dəqiq demək olmaz ki, necə hazırlaşmışıq. Premyer Liqada bir neçə oyun keçirmək lazımdır. Onsuz da çempionatda hər 7 oyundan bir eyni komanda ilə qarşılaşırıq. Ona görə də ilk turda kimlə düşəcəyimizin fərqi yox idi. Məncə, buna heç fikir verməmək lazımdır”.

Qeyd edək ki, "Neftçi" bu gün Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümün ilk turunda "Səbail"i qəbul edəcək. Görüş 20:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30