20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Zirə" - "Qəbələ": 20-ci qarşıdurma

Bu həftə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, “Zirə” çempionata Qəbələdə səfər matçı ilə başlayacaq.

Bu, iki komanda arasında Premyer Liqa çərçivəsində 20-ci oyun olacaq. “Qartallar” ilk dəfə 2015-ci ildə qarşılaşdığı rəqiblə çempionatda 19 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 4 qələbəsi olan “Zirə” 8 dəfə meydandan bir xalla ayrılıb. 7 oyunda isə qələbəni rəqib əldə edib. 40 qolun vurulduğu görüşlərdə 16 dəfə fərqlənən “Zirə” öz qapısından 24 top buraxıb.

Əvvəlki 19 görüşdə paytaxt təmsilçisinin 11 üzvü qol sevinci yaşayıb. Onlardan beşi rəqib qapısına iki dəfə yol tapıb. Bunlar İlkin Muradov, Sadio Tounkara, Milan Duriç, Nelson Bonilya və Viktor İqbekoyidir. Nelson dubl müəllifi olubsa, digərləri iki fərqli qarşılaşmada qol vurub. “Qəbələ”nin qapısına digər topları isə 6 fərqli oyunçu keçirib.

10-cu dəfə rəqib meydanına yollanacaq “Zirə” səfərdə 1 dəfə qalib gəlib. Hesabında 4 heç-heçə olan “Zirə” eyni sayda qarşılaşmadan xalsız ayrılıb. Səfərdə 6 qola sevinən komanda qapısında 11 top görüb (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30