25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Şerif”in baş məşqçisi: “Qarabağ”a qarşı daha yaxşı oynayacağımıza inanıram”

“Çempionlar Liqasında zəif komanda olmur. Lüksemburq klubu hörmətə layiq rəqibdi. Qoldan sonra şanslarımız çox oldu. Lakin ikinci topu rəqib qapısından gec keçirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Şerif” klubunun baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının birinci təsnifat mərhələsində Lüksemburq "Fola Eş"ini 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Qələbə baxmayaraq, xorvat mütəxəssis komandasının səhvlərə yol verdiyini bildirib: “Futbolçularım çox əsəbi idilər. Xeyli səhvlər etdik. İlk yarıda çoxlu top itkisinə yol verirdik. İkinci hissədə də qol şanslarımız oldu. Bu, avrokubok oyunudu. Burada yaxaladığın şanslardan istifadə etməlisən”.

Lüksemburq çempionunu mübarizədən kənarlaşdıran “Şerif” ikinci mərhələdə “Qarabağ”a rəqib olub. Moldova təmsilçisinin çalışdırıcısı qeyd edib ki, Bakıda onları daha çətin oyun gözləyir:

“Qarabağa qarşı daha yaxşı oynamalıyıq. Həm hücumda, həm də müdafiədə. Bakıda daha yaxşı çıxış edəcəyimizə ümid edirəm. Çünki bizi orada daha güclü rəqib gözləyir. Cütün taleyi 1 oyunda həll olunur. Ona görə də “Qarabağ”la görüşə qədər bugünkü matçdakı səhvlərimizi analiz etməli, onların üzərində işləməliyik”.

Xatırladaq ki, “Qarabağ” - “Şerif” oyunu avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 20:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30