19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Sileks”in baş məşqçisi: “Qarabağ”ı qrup mərhələsində görmək istərdim”

“Məncə, oyuna yaxşı başladıq. “Qarabağ” çox güclü komandadır. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 qol şansımız oldu. “Qarabağ” elə komandadır ki, rəqibin səhvindən asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında deyib.

- Hakimlikdən narazı qaldığınızı dediniz. Konkret nədən?

- Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin, qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.

- Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?

- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.

- Meydanda öncədən gözlədiyiniz “Qarabağ” var idi?

- İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30