24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ” - “Sileks”: Azərbaycan klubları üçün uğursuz hakim

KOZİK BAKIYA NƏ VAXT GƏLİRSƏ, QƏLƏBƏYƏ HƏSRƏT QALIRIQ

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Sileks” oyununun hakimləri bəlli olub. Qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yaroslav Kozik olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Futbolxeber.az saytının araşdırması nəticəsində məlum olub ki, Yaroslav Kozik azərbaycanlı futbolsevərlərə tanışdır. 2013-cü ildən FİFA referisi olan ukraynalı karyerası ərzində üçüncü dəfə Bakıya gələcək. Lakin onun ilk iki gəlişi klublarımız üçün uğursuz alınıb.

İlk dəfə Kozik 2015-ci ilin 23 iyulunda Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “İnter” (indiki “Keşlə” - futbolxeber) - “Harfnarfyordur” (İslandiya) görüşünü idarə edib. 2:2 hesabı ilə yekunlaşan matçda ukraynalı referi islandların bir futbolçusunu meydandan qovub. Maraqklıdır ki, həmin görüşdə “İnter”in ilk qolunu vuran Abbas Hüseynov hazırda “Qarabağ”da forma geyir.

2016-cı ilin 7 iyulunda Ukraynadan olan hakim yenidən Bakıdakı oyunu idarə edir. Bu dəfə Kozik Avroliqanın I təsnifat mərhələsi çərçivəsində baş tutan “Neftçi” - “Balzan” görüşünü idarə edir. Həmin matçda gözlənilmədən Malta klubu 2:1 hesabı ilə qalib gəlir. “Neftçi” fasiləyə üstün yollansa da, ikinci yarıda qapısında 2 qol görür.

Göründüyü kimi, Kozikin Bakıda idarə etdiyi matçlarda meydan sahibləri qələbəyə həsrətdirlər, üstəlik, qonaqlar hər dəfə klublarımıza 2 qol vururlar. Ümid edək ki, “Qarabağ” bu statistikanı müsbətə doğru dəyişəcək.    

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sileks” oyunu saat 20:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30