20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

De Byazi: “Mənim komandamda mən yoxdu, biz varıq”

“3 il işsiz qalmağım  öz seçimim idi. 2 dəfə SPAL və adını çəkmək istəmədiyim daha bir neçə İtaliya klubundan təklif almışdım. Lakin şərtlər istədiyim kimi olmamışdı. Xoşuma gəlməyən yerdə işləmək ürəyimcə deyil. Heç vaxt işlədiyim yerdən qovulmamışam. Qələbə qqzanmaqdan xoşum gəlir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri CBC Spor kanalında yayımlanan “Təkbətək” proqramında Rüstəm Əfsərlinin suallarını cavablandırarkən milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, yığmamızda dil baxımından problem yaşamayacaq:

“Azərbaycan millisində dil, ünsiyyət çətinliyimiz olmayacaq. Bunlar öhdəsindən gələcəyimiz şeylərdi. İtaliyada yaşamış mükəmməl azərbaycanlı tərcüməçim var. O, mənə çox kömək olacaq. Onsuz da futbolun dili birdi: top və meydan”.

De Byazi futbolçulardan tələbi haqda da söz açıb:

“Əsas məsələ mənim nə istədiyimi futbolçularıma çatdıra bilməyimdi. Mən onlardan nə istəyə bilərəm ki? Maksimal əzmkarlıq, istək, özünü hamıdan yüksəkdə tutaraq problem yaratmamaq. Mənim komandamda mən yoxdu, biz varıq. Mən oynayıram, mən qələbə qazanıram yox, biz oynayırıq, biz qələbə qazanırıq. Bu mentaliteti indidən növbəti oyunlar üçün futbolçulara aşılamalıyam”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30