23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Lüksemburqla oyuna Çempionlar Liqasının finalına hazırlaşdığımız kimi hazırlaşacağıq”

Milli komandamızın baş məşqçisi Canni De Byazi Millətlər Liqasının ilk turunda Lüksemburqa qarşı keçiriləcək oyun haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, CBC Spor-da “Təkbətək” proqramında qonaq olan De Byazi bildirib ki, vaxt azlığını ciddi problem hesab etmir:

“Vaxt azlığı probLemdi. Amma bunun üzərində çox dayanmaq istəmirəm. Bəli, daha əvvəl məşq etmək imkanımız olmayıb. Amma bu, mənə maraqlı deyil. Qarşılaşmaya hazırlaşmaq üçün 6-8 günümüz olacaq. Təlim məşq toplanışına yığışacağıq, işləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq”.

İtaliyalı mütəxəssis qeyd edib ki, rəqibin heyətində maraqlı futbolçular var: “Lüksemburqun adı möhkəmdən gəlmir. Lakin heyətlərində maraqlı futbolçuları var, uzun ilərdi birgə oynayırlar. Baş məşqçilər də xeyli vaxtdır komandadır. Bu görüşə Çempionlar Liqasının finalına hazırlaşdığımız kimi hazırlaşacağıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30