23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Canni De Byazi: “Elxan Məmmədovla bir neçə ilə əvvəl Parisdə tanış olmuşuq”

“Bakıda ilk dəfə 5-6 il əvvəl olmuşam. “Qarabağ”ın oyununa baxmaq üçün gəlmişdim. Həmin vaxt Albaniya millisində rəhbərliyim altında çıxış edən Ansi Aqolli və Admir Telli “Qarabağ”da çıxış edirdilər. Həmin vaxt anladım ki, Bakı gözəl şəhərdi, yaşamaq üçün hər cür şərait var. Şəhər məni təsirləndirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri CBC Spor kanalında yayımlanan “Təkbətək” proqramında Rüstəm Əfsərlinin suallarını cavablandırarkən milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, Azərbaycan millisinin son oyunlarının hamısını izləyib: “Bakıya gəldikdən sonra “Sabah” - “Qəbələ” və “Qarabağ” - “Sabah” oyunlarına baxdım. Ümumiyyətlə, köməkçilərilə birgə Azərbaycan millisinin son zamanlardakı bütün oyunlarını izləmişik, hərtərəfli analiz etmişik. İndi komandanı anlamağa ehtiyac var. “Qarabağ” - “Sabah” görüşü çox maraqlı keçdi və hər iki tərəf yaxşı futbol sərgilədi”.

De Byazi bildirib ki, Azərbaycan millisindən təklif aldıqdan sonra ilk olaraq sabiq futbolçusu Ansi Aqolli ilə bu haqda müzakirə aparıb:

“İlk növbədə onu deyim ki, Elxan Məmmədovla bir neçə ilə əvvəl Parisdə tanış olmuşuq. Bir-birimizi gözəl başa düşdük. O zaman mən Albaniya yığmasını çalışdırırdım. Azərbaycan millisindən təklif gələn kimi Ansi ilə danışdıq, o mənə oğlum kimi yaxındı. Azərbaycan reallıqlarından çox söhbət açdı. 9 il oynadığı üçün Azərbaycan futboluna çox yaxşı bələddir. İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30