19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Azərbaycanı zəif rəqib kimi təqdim edənləri anlamıram"

"Gözəl başa düşürəm ki, uğurlu nəticəyə imza atmaq üçün yaxşı şansımız var. Yalnız bir dəfə Rusiyaya uduzmuşuq. Azərbaycan və Portuqaliya ilə heç-heçə oynamışıq. Eləcə də 2 dəfə Lüksemburqu, 1 dəfə isə Şimali İrlandiyanı məğlub etmişik". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan İsrail yığmasının baş məşqçisi Eli Qutman deyib.

Qutman hazırda bütün fikirlərini sentyabrın 7-də millimizə qarşı keçirəcəkləri oyuna yönəltdiklərini bildirib: "Bundan artıq da xal yığa bilərdik. Evdə Rusiya, səfərdə isə Azərbaycanla keçirdiyimiz görüşdə daha uğurlu nəticəyə imza atmağımız mümkün idi. Rusiya və Portuqaliyaya qarşı keçirəcəyimiz ikinci oyunlarda xal qazancağımıza ümid edirəm. Amma indi yalnız Azərbaycanla matç haqda düşünürük. Çox istərdim ki, şənbə günü Azərbaycanla görüşdə stadion dolsun. Bilirəm ki, bütün ölkə bizi dəstəkləyir. Bizim də məqsədimiz Azərbaycana qalib gəlib, Rusiyaya tam gücümüzlə yollanmaqdır".

İsrail millisinin çalışdırıcısı yığmamızdan da söz açıb: "Azərbaycan millisini Berti Foqts çalışdırır. Rəqib heç də zəif deyil. Bakıda keçirilən ilk oyunda rəqib müdafiəçiləri hücumçularımıza rahat hərəkət etmək imkanı vermədilər. Rəqibin Rusiya və Portuqaliyaya qarşı keçirdiyi oyunları izləmişəm. Onblar favoritlərə əməlli-başlı başağrısı oldular. Portuqaliya yalnız 1 saatın tamamında qol vurmağa müvəffəq oldu. Rusiya isə son dəqiqələdə penalti qolu ilə sevindi. Odur ki, Azərbaycanı zəif rəqib kimi təqdim edənləri anlamıram".

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30