25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Şkendiya"nın yarımmüdafiəçisi: “Sumqayıt” adi komanda deyil”

“Avrokubokların seçmə oyunlarında asan rəqib gözləyə bilmərik. “Sumqayıt” adi komanda deyil”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Şimali Makedoniyanın "Şkendiya" klubunun üzvü Lyupko Doriev "Sumqayıt"la qarşılaşacaqları Avropa Liqasının I təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisinin yaxşı keyfiyyətə malik komanda olduğunu bildirib. Makedoniyalı oyunçu mərhələ keçə biləcəklərinə inandığını söyləyib: "Bu il təsnifat mərhələsi bir oyundan ibarətdir və biz səfərdə oynayacağıq. Yaxşı formada olsaq, bunun öhdəsindən gələ bilərik. Bu, heç də asan olmayacaq, amma mərhələ keçəcəyimizə inanıram".

Qeyd edək ki, "Sumqayıt" - "Şkundiya" matçı avqustun 27-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30