19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov: “Bütün bunlar vəziyyəti qəlizləşdərsə də, əsas odur ki, futbol qayıdır”

“Çox şadıq ki, koronavirusla bağlı müsbət dinamika Operativ Qərargaha açıq havada idman oyunlarının keçirilməsinə imkan verdi. Əlbətə, bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Virus hələ də böyük təhlükə daşıyır. Buna görə də futbol ailəsinin hər bir üzvü öz məsuliyyətini dərk etməli və oyunlar, məşqlər zamanı qoyulan qaydalara riayət etməlidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

E.Məmmədov vurğulayıb ki, klubların tibbi protokola əməl etməsi COVİD-19-a yoluxma riskini azaldacaq. AFFA rəsmisi göstərdikləri anlayışa və səbrə görə futbol ictimaiyyətinə təşəkkür edib: “Operativ Qərargahın qoyduğu qaydalara riayət edən hər kəsə minnətdarıq. Məhz qadağaların gözlənilməsi nəticəsində ölkəmizdə virusun yayılma dinamikası zəifləyib. Bu da həyatımızın normal axara qayıtmasına imkan verir. Əminəm ki, Azərbaycan futbol ictimaiyyəti gələcəkdə də cənab Prezident İlham Əliyevin çağırışına uyğun olaraq bütün təhlükəsizlik qaydalarına riayət edəcək”.

Elxan Məmmədov bildirib ki, pandemiya dünya futbolu üçün ciddi sınaq oldu: “Müasir tarix bu cür hadisələrə yaddır. Futbolun hazırda üzləşdiyi vəziyyət yeni reallıqlara adaptasiya olmağı və hər birimizdən qaydalara riayət olunmasını tələb edir. Təbii ki, bütün bu yaşananlar dünyadakı klubların maliyyə stabilliyinə də təsir etməyə bilməzdi. Məsələn, Avropanın əksər klubları kömək, kredit üçün müraciət edirlər. Bir qisim klubların isə sahibləri dəyişir. Bu günlərdə KİV-də “Roma”nın bazar dəyərindən 30 faiz aşağı qiymətə satışını misal göstərə bilərik. AFFA da Premyer Liqadakı klublarımıza maliyyə dəstəyinin göstərilməsi barədə lazımi qərar qəbul etdi”.

Klubların gələcəkdə də bu cür vəziyyətə hazır olmalı olduqlarını bildirən Elxan Məmmədov qeyd edib ki, növbəti avrokubok mövsümünə artıq sayılı günlər qalıb: “Təbii ki, bu dəfə format dəyişilib: tribunalar boş olacaq, hələlik cavab görüşləri keçirilməyəcək. Eləcə də tibbi qaydalara riayət olunacaq. Püşkatmaya qədər klublarımızın evdə, ya səfərdə oynayacağını bilmirik. Həmçinin, klublarımız səfərə yollanmalı olsalar, gedəcəkləri ölkənin oyunu keçirə biləcəyi, yaxud matçın neytral meydanda baş tutacağı da qeyri-müəyyəndir. Bütün bunlar vəziyyəti qəlizləşdirir. Amma ən əsas odur ki, futbol qayıdır. Əlbəttə, funksioner kimi mən 2 oyunun keçirilməsini istərdim: həm evdə, həm də səfərdə. Bu, daha çox futbol, daha çox emosiya, daha çox vurulan qollar və daha çox oyun praktikası olacaqdı. Amma daha əvvəl də dediyim kimi, mövcud reallıqlarla barışmalı və qoyulan qaydalara riayət etməliyik”.

AFFA-nın icraçı vitse-prezidenti Azərbaycan Premyer Liqasının startından da söz açıb: “İşçi Qrupumuz mövcud durumu ciddi şəkildə analiz etdi və bütün klublarla konkret tarix barədə müzakirə apardı. Məhz bundan sonra Premyer Liqada yeni mövsümə 21 avqustda start verilməsi haqda qərar qəbul olundu”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30