16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Mehman Allahverdiyev İsgəndər Cavadovun vəzifəsini əlindən aldı

Uzun müddət “Kəpəz”in baş məşqçisi kimi fəaliyyət göstərmiş Mehman Allahverdiyev AFFA-ya müraciət edib. Apasport.az saytının məlumatına görə, o, Gəncə futbolunun hazırkı durumundan narahatçılıq keçirdiyini bildirərək, Qərb təmsilçisini bu böhranlı vəziyyətdən çıxarmaq üçün konkret ideya və təkliflərinin olduğunu qeyd edib.

Allahverdiyev vurğulayıb ki, Gəncəni təmsil edəcək klubun I divizionda çıxış etməsini, habelə AFFA-nın bayrağı altında keçirilən bütün yaş qrupları üzrə liqalarda komandanın iştirakını təmin etməyə hazırdır və ən qısa zamanda bu istiqamətdə fəaliyyətə başlaya bilər.

AFFA rəhbərliyi Mehman Allahverdiyevin səsləndirdiyi fikirləri müsbət qarşılayıb və bu işlərin görülməsini ona həvalə edib.

Xatırladaq ki, daha əvvəl bu post İsgəndər Cavadova etibar edilmişdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30