20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Renatın “Koventri”yə keçidi reallaşmadı

“Vulverhempton”un formasını geyən milli komandamızın hücumçusu Renat Dadaşovun “Koventri”yə keçidi reallaşmayıb.

Futbolxeber.az saytının məlumatına görə, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmayıb.

Renatın yanvarda digər Çempionşip təmsilçisi “Birmingem”ə keçidinin reallaşmadığı xatırladılıb. Lakin "Vulverhempton"un millimizin üzvünü icarəyə verməyi düşündüyü vurğulanıb.

Qeyd edək ki, R.Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ əsas komandada debüt etməyib. Renat 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, mövsümün ikinci yarısında "Vulverhempton"un U-21 komandasında çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30