23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Azərbaycanda idman oyunlarına tətbiq edilən qadağanın vaxtı uzadıldı

Bakı və daha 1 şəhər və rayonlarda 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi məhdudiyyətlər davam edəcək.

Futbolxeber.az saytının məlumatına görə, qərara əsasən, bu müddətdə xüsusi karantin rejimi davam edən şəhər və rayonlarda yenidən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilib.

Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümü əvvəlcədən nəzərdə tutulduğu kimi, avqustun 21-də deyil, daha sonra start götürəcək.

Bugünkü qərar həm də avrokuboklarda iştirak edəcək klublarımızın oyununa təsir edə bilər. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ilk oyununu avqustun 18-i və ya 19-u, Avroliqada iştirak edəcək "Neftçi", "Sumqayıt", "Keşlə" isə ilk matçını avqustun 27-də keçirməlidir. Komandaların evdə, yaxud səfərdə oynayacağını püşk müəyyənlədirəcək.

Qeyd edək ki, pandemiya səbəbindən avrokuboklarda təsnifat mərhələləri bir oyundan ibarət olacaq.

Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilsə də, daha sonra koronavirusa yoluxma sayının sürətlə artmasına görə yenidən qadağalar qoyulub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30