25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Keşlə"də ukraynalı yarımmüdafiəçi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" növbəti transferini gerçəkləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə sport24.az-a komandanın baş məşqçisi Tərlan Əhmədov açıqlama verib.

49 yaşlı mütəxəssis ukraynalı Dmitri Klyotsun keçidini həll etdiklərini bildirib: "Son olaraq Lvov "Karpatı"sında çıxış etmiş bu futbolçu artıq Bakıdadı. Orta sahə oyunçusudu, həm oyun qurucusu mövqeyində çıxış edir, həm də dayaq yarımmüdafiəçimiz Con Kamara ilə tandem yarada bilər. Bu legionerlə müqavilə imzalayaraq keçidi rəsmiləşdirəcəyik".

Klyotsun peşəkar karyerası yalnız yetirməsi, kapitanı olduğu "Karpatı"ya bağlı olub. 24 yaşlı yarımmüdafiəçi​​ 2013-cü ildən şərəfini qoruduğu Lvov təmsilçisində 101 oyunda 1 qol vurub.​

Qeyd edək ki, bu, "Keşlə"nin mövsümlərarası fasilədə ilk legioner transferidi. Premyer Liqanın bürünc medalçısı bunadək yalnız yerli futbolçuların keçidinə imza atıb.​

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30