28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

FİFA 211 ölkəyə maliyyə yardımını təsdiqlədi

FİFA İcraiyyə Komitəsinin Bürosu koronavirus pandemiyasından zərər görən milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib.

Futbolxeber.az saytının məlumatına görə, futbol ictimaiyyəti üçün nəzərdə tutulan 1,5 milyard ABŞ dolları vəsait kişi və qadın, gənclər və kütləvi futbola kombinə olunmuş qrantlar sistemi və istiqrazlar sistemi vasitəsilə sərt tələblər əsasında ayrılacaq.

211 milli assosiasiyanın hər biri, o cümlədən, AFFA 1 milyon ABŞ dolları qrant alacaq. Daha 500 min ABŞ dolları isə qadın futboluna yönəldiləcək.

Qeyd edək ki, üzv ölkələr hərəyə 5 milyon ABŞ dolları kredit də götürə biləcəklər. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31