19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Hücum və yarımmüdafiənin mərkəzinə futbolçu axtarışındayıq”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun müsahibəsi

- Təlim-məşq toplanışının ilkin mərhələsini dəyərləndirməyinizi istərdik. Bu uzun pauzadan sonra hazırlıq necə keçdi? Bildiyimiz qədərilə bu mərhələdə üstünlüyü fiziki hazırlığa vermişdiniz. Futbolçular yüklənməyə tab gətirdilərmi? Kiçik zədələr oldumu?

- 10 günlük hazırlıqda hamı yüksək əhval-ruhiyyədə, səylə məşqlərini davam etdirdi. Sağ olsun futbolçular, əzmkarlıq göstərdilər, nə problem yaşadıq, nə bir şey. Təlim-məşq toplanışı şən əhval-ruhiyyədə keçdi. Düzdür, 4 aya yaxın fasilədən sonra nəyisə birdən-birə irəli aparmaq çətindi. İlk mərhələdə testlər götürdük və bundan sonra futbolçuların komandanın ümumi durumu haqqında analizləri topladıq. Bəziləri çox artıq çəkiylə gəlmişdi - ən çox da Cavid İmamverdiyev. Ancaq şükürlər olsun, o, 10 günə çəkini 5 kq ata bildi. Məşqlərimiz normal getdi. Bir yoxlama oyunu da oynadıq.

- "Qarabağ"la həmin matç nə göstərdi?

- Əsas məsələ həm yeni futbolçuların durumu, həm də keçdiyimiz 5 günlük yükləmədə komandanın hansı səviyyədə olması, futbolçuların bir-biriylə anlaşmasıdı. Bizim iş oyunda bunu təhlil etməkdi. Oyun ən böyük yükləmədi və bunun üzərində özü də "Qarabağ" kimi komandayla qarşılaşararaq futbolçuların fiziki durumunu, funksional hazırlığını - bunların hamısını yoluna qoya bildik. Düzdür, fikrimiz nə qədər fiziki hazırlıq olsa da, bir az da psixoloji duruma önəm verirdik. Futbolçuların 3-4 ay müddətdə futboldan uzaq durması, ünsiyyət və s. məsələlər var. Deyim ki, elə bir zədəlimiz də olmadı. Mikrozədələr hər zaman var, qaçılmazdı. İkinci mərhələdə əsas məsələlərdən biri Sezar Meza Kollinin qayıdışıdı.

- Bu legionerin komandada qalmasıyla bağlı son durum necədi? Yeni transferlər gözlənilir?

- Sezarın durumunun nə yerdə olması haqda bu günlərdə məlumatımız olacaq. Ola bilər ki, yeni futbolçular cəlb edilsin, bir-iki transfer olsun. Hər halda, bu yöndə axtarışlarımız gedir. Ancaq hələ ki konkret seçimimiz yoxdu. Hər mövqedə iki futbolçunun yer almasını istəyirəm ki, rəqabət olun. Hücum xəttinə, yarımmüdafiənin mərkəzinə hələ də futbolçu axtarışındayıq.

- Hər şeyin yüksək səviyyədə keçməsindən dolayısıyla belə qəbul etmək olarmı ki, futbolçularla bağlı qarşıya qoyduğunuz plan tam həyata keçib? Yəni "kimsə çatdırmadı, ona hələ o yüklənməni vermək hələ tezdi" kimi maneələr olmadı? Komandaya yeni qoşulanlar - həmin Cavid İmamverdiyevin, Rəhman Hacıyevin və digərlərinin adaptasiyaları necə gedir?

- Bəli, hazırlıq proqramı üzərində nəzərdə tutduğumuz hər şeyi həyata keçirdik. Yenilərimiz də azərbaycanlı futbolçulardı, gündə bir-birini görən, yaxşı tanıyanlardı. Buna görə adaptasiya sarıdan problem yaşanmadı. Bu, ilk oyunda da göründü. Doğrudu, hamısının oyun praktikaları aşağı səviyyədədi. Üstəlik, Caviddə olan problemi fərdi məşqlərlə aradan qaldırdıq. Komandada 1 məşq olanda Caviddə 2, komandada 2 məşq olanda İmamverdiyevdə 3 olurdu. Nəticədə onun artıq çəkisi aradan qalxdı, fiziki durumu qaydasına düşdü.

- Yəqin ki, yeni futbolçularınız legionerlər olacaq. Onu nəzərə alaq ki, həm çempionatın startına az qalıb, həm də komandanı avrokuboklarda ciddi sınaq gözləyir. Bu transferləri hansı zaman kəsiyində reallaşdırmağı planlaşdırırsınız?

- Baxışlar gedir. Bu, bir günün işi deyil. Bəyəndiklərimiz var, danışıqlar gedir, ancaq hələ ki ortada konkret bir şey yoxdu. Düşünürəm ki, heç olmasa avqustun 5-6-na həllini tapsın. Çünki vaxtımız azdı. Yeni futbolçuların hazırlıq durumlarına baxacağıq, bundan asılı olaraq onları həm çempionata, həm də avqustun 27-də Avroliqa matçınadək çatdırmağa çalışacağıq. İstəyirik ki, həm komandanı daha da gücləndirək, həm də rəqabət olsun (sport24.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30