28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”a yaraşmayan transfer

İNDİKİ HƏSSAS MƏQAMDA “QARABAĞ ERMƏNİSTANDIR” DEYƏN MATİÇİN QARDAŞI AĞDAM KLUBUNDA NƏ GƏZİR?

“Qarabağ” dünən Uroş Matiçi transfer etdiyini rəsmən açıqladı. Bakıya gələn serb futbolçu ilə sözləşmə imzalandı. Bu keçidin müddətini, maliyyə tərəfini, komandaya nə qədər faydalı olub-olmayacağını qoruyuruq bir kənara. Matiçin keçidində toxunmaq istədiyimiz məqam başqadı.

Uroş məşhur Nemanya Matiçin qardaşıdı. Bəli, “Mançester Yunayted”in formasını geyən Matiçin. Amma serb futbolçu azərbaycanlıların yaddaşında oyunundan daha çox, ermənilərə verdiyi dəstəklə yadda qalıb. Bu haqda az sonra...

2016-cı ilin 7 aprelində Azərbaycandakı siyasi və idman saytlarını “Serb futbolçudan Azərbaycana qarşı əxlaqsızlıq”, “Serb futbolçudan ermənilərə dəstək” və s. tipli başlıqlı xəbərlər bəzəyirdi. Həmin vaxt Ermənistan çempionatının 19-cu turunda “Şirak” klubunda çıxış edən Nemanya Stoskoviç adlı serb futbolçu fərqləndikdən sonra əynindəki futbolkanı çıxarmış və üzərində "Karabakh is Armenia!" ("Qarabağ Ermənistandır!") yazılmış mayka ilə rəqib "Ararat"ın qapısına vurduğu qolu qeyd etmişdi.

Serb futbolçunun bu hərəkəti təkcə Ermənistan, Azərbaycan deyil, Rusiya mətbuatında da geniş əks-səda doğurmuşdu. Həmin xəbərin sonunda isə qeyd olunurdu: “Bu, serb futbolçuların Qarabağ məsələsində ermənilərə verdikləri ilk dəstək deyil. Vaxtı ilə “Çelsi”nin (Matiç o zaman hələ “Mançester Yunayted”ə transfer olunmamışdı - red.) ulduz futbolçusu Nemanya Matiç də erməni işğalçılarına dəstək olmuşdu. O, üzərində "Qarabağ-Ermənistan, Kosovo-Serbiya" yazılmış plakatla çəkilmiş fotosunu sosial şəbəkələrdə paylaşmışdı”.

Sonuncu cümlə həm də dünəndən bu keçidə “Matiçdən xahiş ediblər, o da çəkdirib də” deyərək don geydirməyə çalışanlara ən tutarlı cavabdı. Özünüzü aldatmayın. Bu, Matiç üçün sıradan bir foto olsaydı, onu sosial şəbəkədəki şəxsi səhifəsində paylaşmazdı.  

4 il sonra 2020-ci ilin iyulunda demək olar ki, Aprel döyüşlərinin təkrarını yaşadıq. Şəhidlər verdik. Və belə bir həssas məqamda “Qarabağ”ın “Qarabağ Ermənistandır” deyən futbolçunun qardaşını transfer etməsi heç bir halda qəbulolunmazdı. Dünyada futbolçu qıtlığı yaşanır məgər? Yoxsa Uroş Matiç elə bir qeyri-adi istedaddı ki, bu biabırçılığa göz yumuldu? Qətiyyən elə deyil. Elə güclü futbolçu olsaydı, qardaşı kimi “Mançester Yunayted”də, “Çelsi”də oynayardı...

Bu transferi “Sabah”, “Keşlə”, “Neftçi” yaxud bir başqa klub etsəydi, bəlkə də bu qədər qınanmazdı. Amma “Qarabağ”... o “Qarabağ” kimi təmsil etdiyi şəhər yerində Ağdam yazılıb... O Ağdam ki erməni vandalları ilə döyüşdə 6 min şəhid verib...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31