26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi TV” Azərbaycanda ilkə imza atdı: “İnanıram ki, çıxdığımız yol uzun olacaq”

“1 həftədir gecəmizi gündümüzə qatmışdıq ki, bu gün - iyulun 20-də yayıma çıxa bilək. Şükürlər olsun ki, bunu bacardıq. Azərbaycan tarixində ilk dəfə olaraq klub televiziyası fəaliyyətə başladı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bu gün fəaliyyətə başlayan klub televiziyası haqda danışarkən deyib.  

R.Allahverdiyev qeyd edib ki, “Neftçi TV” azarkeşlərin istəklərini qarşılaya biləcək: “Hesab edirik ki, qarşımıza qoyulan məqsədi ən yüksək səviyyədə yerinə yetirə biləcəyik. Azarkeşlərimizin, bizi izləyənlərin istəklərini, gözləntilərini qarşılaya biləcəyik. Komandamız haqda tamaşaçılara operativ, maraqlı informasiyalar çatdıra biləcəyik. Klubun tarixi, akademiya ilə bağlı, ümumilikdə “Neftçi”nin fəaliyyəti haqda maraqlı verilişlər hazırlayıb təqdim edəcəyik və inanırıq ki, ortaya qoyduğumuz iş hər kəs tərəfindən bəyəniləcək”.

“Neftçi” rəsmisi bildirib ki, klub televiziyasının ilk iş gününü uğurlu hesab etmək olar: “Nə qədər hazırlaşsaq da, ilk gün olduğu üçün çox həyəcanlı idik. Xırda da olsa bəzi səhvlər var idi. Təbii ki, səhvsiz iş olmur. Çalışacağıq ki, xırda çatışmazlıqları da aradan qaldıraq, səhvləri təkrarlamayaq. Hesab edirəm ki, ilk yayım gününü uğurlu hesab etmək olar”.

Rüstəm Allahverdiyev “Neftçi TV”nin ilk gün üçün baxış sayını açıqlayıb, eləcə də “ağ-qaralı” fanatlara səslənib: “Zaman keçdikcə kanalımızdan gözləntilərimiz də, baxış sayımız daha da artacaq. İnanırıq ki, işimizlə izləyicinin diqqətini cəlb edə biləcəyik. Məhz bunun üçün də çalışırıq. Bayaq statistikaya baxdıq, ilk gün 3 mindən çox baxış olub. Bəlkə də başlanğıc üçün bu, böyük rəqəmdi. Lakin “Neftçi” üçün bu rəqəm kiçikdi. Odur ki, bütün azarkeşlərimizə səslənirəm. Qoy kanala abunə olmaqla “Neftçi TV”yə dəstək olsunlar. Biz də işimizlə onları razı salmaq üçün tam gücümüzlə çalışacağıq. Bu gün bu yolda ilk addımızı atdıq. İnanıram ki, çıxdığımız yol uzun olacaq və günü gündən “Neftçi TV”ni inkişaf etdirəcəyik”.

Sonda Rüstəm Allahverdiyev bildirib ki, klub rəhbərliyi də ilk gündəki işdən razılığını ifadə edib: “Təbii ki, rəhbərlik də yayımı izləyib. Onlar da ilk gündən razı qalıblar. İlk yayım gününə görə öz təşəkkürlərini bildirdilər. Klub rəhbərliyi də vurğuladı ki, “Neftçi TV” Azərbaycan tarixində bir ilkdi”.

QEYD: "Neftçi TV"nin bugünkü yayımını aşağıdakı linkdən izləyə bilərsiniz: 

https://www.youtube.com/watch?v=nLk5RGu4g5E




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30