25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ"nin kapitanı: "Bizə dedilər ki, hər şey yaxşı olacaq"

"Klubla danışığımız oldu və komandada qaldıq. Bizə dedilər ki, hər şey yaxşı olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov əyalət təmsilçisi ilə yeni müqavilə imzalaması barədə danışarkən deyib.

35 yaşlı qapıçı "Qəbələ"nin yenidən mübariz komanda yaratmaq istədiyini bildirib. Nəzirov ilk olaraq hazırkı klubu ilə danışmağı üstün tutduğunu vurğulayıb: "Mənim başqa təklifim də var idi. Hər şeyi götür-qoy edəndən sonra qalmağa razılıq verdim".

Qolkiper yeni mövsümdəki hədəfləri barədə danışmağın hələ tez olduğunu sözlərinə əlavə edib: "Çempionat barədə əvvəlcədən danışmaq olmur. Çalışacağıq ki, mübariz komanda formalaşdıra bilək. Klubun büdcəsi hələ tam bilinmir. Rəhbərlik də ona uyğun komanda yığmaq niyyətindədir. Klub rəsmiləri də açıqlamalarında bildiriblər ki, hər şey büdcədən asılı olacaq. Bəlkə, büdcə istənilən səviyyədə oldu, həmin an heyətə yaxşı futbolçular cəlb edilə bilər. Onda isə başqa "Qəbələ" görə bilərik".

Qeyd edək ki, "Qəbələ" Anar Nəzirovdan başqa Asif Məmmədov, Rasim Ramaldanov və Sadiq Quliyevlə yeni mövsüm üçün razılıq əldə edib. Klub Rodriqo Qattas və Merab Giqauri ilə vidalaşıb.

Daha əvvəl "Qəbələ"dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30