20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ" bir neçə futbolçu ilə müqaviləni yenilədi

"Qəbələ" klubunun müqaviləsi başa çatan bir neçə futbolçu ilə bağlı qərarı bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov açıqlama verib.

Klub rəsmisi bütün yerli futbolçuların komandada qalacaqlarını açıqlayıb. Əzizov legionerlərdən Rodriqo Qattas və Merab Giqauri ilə vidalaşdıqlarını söyləyib.

Müqavilələri başa çatan Anar Nəzirov, Sadiq Quliyev, Rasim Ramaldanov, Asif Məmmədovla yeni mövsüm üçün razılığın əldə edildiyini deyən klub rəsmisi digər legionerlərlə danışıqların davam etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Qəbələ"nin heyətində Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30