Ölkə futbolu
Qurban Qurbanov: "Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi"
"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- Komandanızın hazırlıq prosesi necə gedir?
- Yeni mövsümə istədiyimiz kimi hazırlaşmaq çətindir. Karantin olmayan şəhərlərdə hazırlıq prosesi keçməyə imkan yaratdığı üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təşəkkürümü bildirirəm. Müəyyən qayda və qanunlara əməl edərək Qəbələyə gəldik və hazırlığa başladıq. Hələ futbolçuların hamısı tam hazır deyil. Komandaya qoşulacaq futbolçular olacaq. Bəzi oyunçularla isə danışıqlar davam edir. Amma hər halda Çempionlar Liqasında mübarizəyə başlayacağımız 18-19 avqustadək komandanı normal vəziyyətə çatdırmalıyıq. Nə şəraitimiz varsa, ondan maksimum istifadə etməyə çalışırıq.
- Komandadan gedənlər də oldu. O cümlədən, Rəşad Sadıqov karyerasını bitirərək, "Zirə"yə baş məşqçi təyin olundu. Amma ehtimal var idi ki, komandada sizin köməkçiniz olacaq...
- Bu ildən başlayaraq, 10-dan çox futbolçu ilə yollarımızı ayırmışıq. Komandaya çox lazımlı, lider oyunçular idilər. Bunlar nə vaxtsa, olmalı idi. Bəzi futbolçularla 2 ildən 5 ilədək birlikdə çıxış etdikdən sonra komandadan getdilər. Rəşada gəldikdə, onun haqqında çox danışmaq olar. Buna vaxtımız çatmaz və həddindən artıq uzun olar. Rəşadın bu komanda üçün dəyəri həddindən artıq böyük olub, belə də qalacaq. Çünki əsl azərbaycanlı, əsl qarabağlı və əsl peşəkar kimi bu komandaya köməyi, sevgisi hədsiz idi. Amma hər bir futbolçunun karyerasının sonu var. Futbolu tamamladıqdan sonra hərə özünə peşə seçir. "Neftçi"ni də nəzərə alsaq, onunla 17 il birlikdə olmuşuq: həm oyunçu, həm də məşqçi-futbolçu kimi. Bunların hamısı nəzərə alsaq, bu ayrılıq, "Qarabağ" öz yerində, xüsusən mənim üçün bir tərəfdən üzücü, digər tərəfdən, sevindiricidir ki, o, dərhal Premyer Liqa təmsilçisinin baş məşqçisi oldu. Baş məşqçilik yolunu seçirdisə, bizim yollarımız əvvəl-axır mütləq ayrılmalı idi. Bəlkə də futbol həyatımda ən istəmədiyim ayrılıq idi. Amma buna normal yanaşmalıyam və Rəşada uğurlar arzulayıram. Bəlkə gələcəkdə onun haqqında daha çox danışacağam. Bu gün isə qısa danışsam, daha yaxşı olar. Rəşadın "Qarabağ"da hər zaman yeri var. O, bütün "Qarabağ"lıların qəlbindədir. Onun yeri mənim və hamı üçün çox böyükdür.
- Rəşad Sadıqovun komandada köməkçi-məşqçi kimi işləmək variantı var idi?
- Bəli. Biz zatən həmişə birlikdə olmuşuq. Hər bir baş məşqçinin belə bir peşəkara ehtiyacı var. Meydanda həm futbolçu, həm də məşqçi funksiyasını yerinə yetirir. Öz bacarığı, futbol biliyi, avtoritetliyi ilə çox köməkliyi olurdu. Digər tərəfdən, bizim Rəşadla münasibətlərimiz elədir ki, aramızda "Mütləq mən olmalıyam" söhbəti yoxdur. Bizim dostluğa və futbola yanaşmamız tam fərqlidir. Onun köməkçi məşqçi olması da gündəmdə idi. Sonradan ona baş məşqçi təklifi oldu və yollarımızı ayırdıq.
- Miçel Madeyranın komanda ilə vidalaşmasının səbəbi nə idi?
- Qarşılıqlı razılaşma oldu. Miçel ailəsinə münasibətdə fərqli insandır. Ailəsini bəlkə də daha çox sevir və istəyir. Ümumi durumu, pandemiyanı və gəliş-gedişi nəzərə alaraq bu addımı atdıq. Çünki çox futbolçumuz var idi ki, neçə aylardır ailələrini görmürdülər. Mənə elə gəlir ki, Miçel bir az da bundan narahat idi və ehtiyat etdi. Ümumi götürsək, qarşılıqlı razılıq əsasında ayrıldıq. Miçel bizim ən çox dəyər verdiyimiz, oyun sistemimizə uyğun ən yaxşı futbolçulardan biri idi. Ona görə dediyim kimi, onlar neçə illər komandada əziyyət çəkirlər, bu cür futbolçuları başa düşməliyik.
- Miçel Azərbaycanda ailəsi ilə birlikdə qalmırdı?
- Qalırdı, ölkələrinə getmişdilər. Həyat yoldaşı ilə birlikdə qalırdı.
- Özü yəqin ki, İspaniyada qalmaq istəyirdi?
- Ailəsi ilə birlikdə İspaniyada qalmaq istəyirdilər. Son proseslər bir az narahatlıq yaratdı.
- Karyerasını bitirmək barədə düşünürdü?
- O barədə danışmamışıq. Yəqin ki, buna özü qərar verəcək.
- Heyətə cəlb edilən futbolçulara və icarədən qayıdanlara baxanda sanki gənclərə üstünlük verirsiniz. Onları sınamaq istəyirsiniz, yoxsa çempionat və avrokubok matçlarında gənclərə daha çox üstünlük verəcəksiniz?
- Yerlilərə hər zaman üstünlük verməyə çalışmışıq. Klub və komanda olaraq, bizdən tələblər başqadır. Ona görə bəzən çox da riskə gedə bilmirik. Həmişə istəmişəm ki, bütün məşqlərdə gənclər olsun. hazırlıq proseslərimizə əvəzedicilərdən 3-4 oyunçu gəlir. Onların daha tez uyğunlaşmasını istəyirik. Bu gün də bacarıqlı gənc futbolçu varsa, sabah onun potensialına güvənərək, komandada saxlayırıqsa, mütləq ondan meydanda istifadə edəcəyik. Avrokubok və ya yerli çempionatda mütləq həmin oyunçudan yararlanmağa çalışırıq. Bəzi gənc futbolçular var ki, iki ilə yaxındır komandaya uyğunlaşırlar. Hətta Elvin Cəfərquliyevi "Sumqayıt"a icarəyə vermişdik. Ruslan Hacıyev icarə əsasında "Səbail"də oynadı. Toral Bayramlının hazırda yüngül zədəsi var. İstəyirəm ki, gənc və istedadlı futbolçularımızdan həm yerli çempionatda, həm də avrokuboklarda imkan daxilində istifadə edək və onlar yavaş-yavaş uyğunlaşsınlar.
- Musa Qurbanlının əsas komandaya düşmək üçün şansları nə qədərdir?
- O da əsas komanda ilə məşq edirdi və yüngül zədəsi var idi. yenidən məşqlərə qoşulacaq. Amma imkan daxilində bəzi gənc oyunçularımızı icarə əsasında oynamaq üçün başqa komandalara göndərə bilərik. Belə addım atmaq istəyirik ki, heç olmasa, 6 ay və ya 1 il gücü, sürəti və o mübarizəni hiss etsinlər.
- Hazırda qapıçılarınızdan Emil Balayev və Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin üzvüdür. Qapıçılardan hansısa biri əsas heyətə düşməyəndə formasını itirə və bu da yığmaya öz təsirini göstərə bilər. Bu baxımdan, problem görmürsünüz?
- Məncə, hər ikisi eyni səviyyəli qapıçıdır. Komandamızda hər zaman 3 qapıçı olub. Həmişə ehtiyat etmişəm, çünki həm çempionat, həm də avrokubok oyunlarında bizim üçün şərtdir. İkisi də eyni səviyyəli qapıçıdır, inanıram ki, razı qalacaqlar.
- Üçüncü qapıçını əvəzedici heyətdən götürəcəksiniz? Nicat Mehbalıyevi "Sabah"a verdiniz...
- Bəli. O, komandadan gedib. Əvəzedici komandadadan Ayhan Arazlı hələ ki, bizimlədir. 3 məşqi birgə edib. Qarşıdakı müddətdə hər hansı dəyişiklik də ola bilər.
- Hücumçu mövqeyini necə həll etməyi düşünürsünüz?
- Həmişə bunu həll etmişik. Bizdə Mahir Emreli var, ona çox güvənirik və daim güvənmişik. Həmin mövqedə onun potensialının daha da artmasının vaxtıdır. Daha yaxşı oyunlar göstərə və komandaya daha çox kömək edə bilər. Amma bir neçə oyunçu axtarışındayıq. Həm hücuma, həm də yarımmüdafiəyə axtarışlar davam edir. Belə bir oyunçu olacağı halda, dəvət etməyə çalışacağıq.
- İki yeni futbolçu gətirmisiniz, üçüncü legioneri də dəvət edə bilərsiniz?
- Bu rəqəm 4 də ola bilər. Hazırda bir az çətindir, pandemiya ilə əlaqədar klublara zərər dəydi. Hər bir halda rəhbərliklə bəzən elə danışıqlarımız olur ki, çox vacibdirsə, o barədə razılığa gəlmişik.
- Avrokubokların təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Belə bir ehtimal var ki, Bakıda oyunlar keçirilməsin və pandemiyaya görə məcbur qalıb matçları xaricdə keçirəsiniz. Bu halda Bakıda qarşılaşmaların keçirilməsi üçün müraciət etməyi düşünürsünüz?
- Düşünürəm ki, hələ avqustun 5-ni gözləmək lazımdır. Qərar çıxıb ki, həmin tarixdən sonra açıq havada idman yarışları bərpa oluna bilər. Səhv etmirəmsə, buna artıq icazə verilir. Biz yaxşını düşünək. Qərarda hər hansı dəyişiklik olsa, fikirləşmək olar. Amma bu gün görünən odur ki, ayın 5-dən sonra problem yaşamayacağıq.
- Rəşad Sadıqovun gedişindən sonra komandanın əsas kapitanı kim təyin olunub?
- Hələ ki, kapitan sarğısı Maksim Medvedevdir. Qarşıdakı günlərdə qəti qərar veriləcək. Yəqin ki, dəyişiklik olmayacaq.
Mənbə: report.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi