20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Səbail"in kapitanı 28 yaşında karyerasını başa vurdu

"Səbail"in kapitanı Eltun Yaqublu futbolçu karyerasını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, o, bu barədə İnstaqramda yazıb. 28 yaşlı oyunçu bu qərarının səbəbi barədə açıqlama verməyib:

"Mənim üçün ağır olsa da, futbolçu kimi karyerama son qoymağı qərara aldım  "Səbail" rəhbərliyinə, məşqçilər korpusuna, mənimlə birlikdə oynayan bütün futbolçu yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar..."

"Səbail" də rəsmi Feysbuk səhifəsi vasitəsi ilə E.Yaqubluya təşəkkür edib, ona uğurlar arzulayıb.

Qeyd edək ki, 2016/17 mövsümündən "Səbail"də çıxış edən Yaqublu karyerası ərzində AZAL, "Sumqayıt", "Neftçi" və "Qarabağ"da forma geyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30