16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Geryenin “Qarabağ”a qayıdışının təfərrüatları

TAHİR GÖZƏLLƏ QURBAN QURBANOV ARASINDA FİKİR AYRILIĞI

“Neftçi”dən ayrılan Donld Geryenin “Qarabağ”a qayıdışı gözlənilməz alındı. Ağdam klubunu əzəli rəqibinə dəyişən haitili cinah müdafiəçisinin qayıdışına Qurban Qurbanovun necə razılıq verməsi maraq doğururdu. Əslində, çoxları bu keçidi məcburiyyətdən atılmış addım hesab edirdi. Çünki karantinə görə klublarımız ölkə xaricindən legioner futbolçu dəvət etməkdə çətinlik çəkirlər.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, Geryenin “Qarabağ”a qayıdışının əsas təşəbbüskarı klubun prezidenti Tahir Gözəl olub. Belə ki, Gerye qarşıdakı mövsümdə “Qarabağ”ın formasını geymək üçün 200 min dollar tələb edib. T.Gözəl isə bu məbləğin sərfəli olduğunu əsas gətirərək keçidin reallaşmasında israr edib. Klub rəhbərini başa düşmək olar. Çünki haitili 2 il əvvəl “Qarabağ”dakı 1 ilinə görə 500 min dollar qazanıb.

Qurban Qurbanov bu keçidə ilk başda razılıq verməsə də, Tahir Gözəl konkret fikir bildirib: “Ya Gerye transfer olunacaq, ya da hazırkı heyətdən kimsə həmin mövqedə çıxış edəcək”.

Məhz bundan sonra Qurbanov Geryenin keçidinə razılıq verib. T.Gözəl addımını “Qarabağ”ın qarşıdakı mövsüm üçün büdcəsinin azaldılması ilə izah edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30