19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qəbələ"nin 10 futbolçusu müxtəlif millilərdə

"Qəbələ"nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycanın U-19 millisi 5, U-21 millisi 2, əsas yığma komandası isə 1 futbolçuya dəvət göndərib. Sloveniya və Qvineya yığmaları hərəyə "Qəbələ"nin 1 oyunçusunu heyətinə çağırıb.

Azərbaycanın U-19 millisinin sentyabrın 2-dən 5-dək Bakıda, 5-dən 11-dək isə Rusiyanın Novorossiysk şəhərində baş tutacaq təlim-məşq toplanışında "Qəbələ"ni Sadiq Quliyev, Elvin Camalov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də İsrailə qarşı səfər oyununda Ürfan Abbasov və Amit Quluzadə forma geymək şansı qazanıb.

Volodimir Levin isə  Azərbaycanın əsas yığmasına dəvət alıb. Müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Gan şəhərində baş tutacaq İsrail-Azərbaycan matçına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışına çağırılıb. Xatırladak ki, millimiz sentyabrın 1-dən 3-dək Bakıda, sentyabrın 4-dən etibarən isə Ramat Gan şəhərində təlim-məşq toplanışında olacaq.

Daha iki futbolçu - Deyan Kelhar (Sloveniya) və Omar Kalabane (Qvineya) milli komandalarının heyətinə dəvət alıb. Kelhar dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya-Albaniya (6 sentyabr) və Kipr-Sloveniya (10 sentyabr) matçlarında yer ala bilər. Qvineya yığmasının kapitanı statusunu daşıyan Kalabane dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Misir-Qvineya görüşündə meydançaya çıxmaq şansı qazanıb.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30