25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Döyüş bölgəsindəki futbolçu: "Ürəyimiz hərbçilərimizin yanındadır"

"Hadisələrlə bağlı onu deyə bilərəm ki, bizim əsgərlərimizə dua etmək lazımdır. Allahın köməkliyi ilə nə lazımdırsa, hamısını edəcəklər. Hazırda da edirlər".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Tovuzun Ağdam kəndində olan "Turan Tovuz" komandasının futbolçusu Səbayıl Bağırov deyib.

25 yaşlı yarımmüdafiəçi hazırda kəndə olduqlarını və heç yerə getmək barədə düşünmədiklərini bildirib.

Bağırovun sözlərinə görə, yerli əhali əlindən gələn bütün köməklikləri göstərməyə hazırdır: "Hazırda hamı kənddədir və öz işləri ilə məşğul olurlar. Atışma da davam edir. Bəzi yaşayış evlərinə ziyan dəyib".

Bağırov can-başla döyüşə hazır olduqlarını söyləyib: "Mənim kimi bütün gənclər də bu fikirdədir. Buradakı vəziyyəti ancaq hadisə yerində olanlar başa düşər. İnsanın ürəyi istəyir ki, döyüşün içində olasan və sənin də köməyin dəysin. Ordumuz düşmənə layiqli cavabın verir və cavab verməyə davam edəcək".

Yarımmüdafiəçi deyib ki, hazırda döyüş bölgəsində yaxın qohumları da iştirak edir: "Əmim və dayım, demək olar ki, bütün qohumlarım müddətdən artıq hərbi xidmətdədirlər. Hazırda döyüşürlər və ürəyimiz onların yanındadır. Dostum Elşad Məmmədov da şəhid olub, Allah bütün şəhidlərə rəhmət eləsin".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30