18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ayxan Abbasov yeni müqaviləyə imza atdı: “Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı”

2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” FK ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

“Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”, -deyə Ayxan Abbasov klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, “Sumqayıt” FK 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30