20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Çixradze "Simurq"u vətəninə aparır

Dünən Azərbaycan Premyer Liqasının V turu çərçivəsində səfərdə "İnter" üzərində əzmkar qələbə qazanan "Simurq", məşqçilər korpusunun qərarı ilə 4 günlük istirahətə buraxılıb. Futbolxeber.az-ın məlumatına görə, milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədəar çempionatda yaranmış fasiləyə görə, Zaqatala təmsilçisi sentyabrın 5-də yenidən bir araya gələcək. Elə həmin gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq komanda, ayın 9-dək qonşu ölkənin paytaxtında qalacaq və burada bir yoldaşlıq görüşü keçirdəcək. Ancaq Georgi Çixradenin yetirmələrinin rəqibi kim olacağı hələ məlum deyil.

Qeyd edək ki, "Simurq" Tiflisdə tam heyətdə bir araya gələ bilməyəcək. Milli komandalarının düşərgələrində olan futbolçular bu təlim-məşq toplanışında iştirak edə bilməyəcək. "Sarı-qaralar" sentyabrın 9-da ölkəyə qayıdacaq və növbəti turun oyunlarının hazırlıqlarına start verəcək.  


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30