20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Azərbaycanda futbolçular fasilədə namaz qılırlar”

"Yaxın günlərdə Peruya qayıdacağam. Amma hədəfim Avropada qalmaq və karyeramı burada davam etdirməkdir. Hər şeyi vətənimdə sakit şəkildə təhlil edəcəyəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu mövsümün sonunda "Zirə" ilə icarə müqaviləsi başa çatan perulu futbolçu Alvaro Ampuero ölkəsinin mətbuatına açıqlamasında deyib.

Müqavilə ilə "Deportivo Minisipial" klubuna məxsus olan 28 yaşlı müdafiəçi Azərbaycan və Peru futbolunu müqayisə edib: "Bizdə texnikalı, Azərbaycanda isə güc və sürət futboluna üstünlük verilir. "Zirə"də sol cinahda çıxış edirdim. Amma mərkəz müdafiəçisi kimi də oynamışam. Komanda hərdən 3-5-2 taktiki sxemi ilə meydana çıxırdı. Bu, məndə alınırdı. Hər zaman baş məşqçinin istifdə etdiyi sistemə uyğun gəlirdim".

Ampuero Azərbaycandakı adət-ənənələrdən də söz açıb: "Xüsusilə də dini mövzu tamam fərqlidir. Məsələn, onların oyunun fasiləsində ibadət etmək adəti var. Sən də bu cür şeylərə hörmətlə yanaşmalısan. Yeməkləri necədir? Pis qidalanmıram, amma Peru yeməkləri üçün darıxıram".

Qeyd edək ki, Ampuero "Zirə"yə ötən yay keçmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30