29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Koronavirus legioner həyatı yaşayan milli üzvlərimizə çətinlik yaradıb

“BURADA OLDUĞUM MÜDDƏTDƏ AFFA ÖZ YARDIMINI ƏSİRGƏMƏYİB”

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ölkə xaricində çıxış edən qadınlardan ibarət milli komandamızın üzvlərinə problem yaradıb.

Bu haqda Futbolxeber.az saytına yığmamızın üzvü Roza Quliyeva məlumat verib: “Yeni klubumla müqavilə imzalamaq üçün ölkə xaricinə yollanmalı idim. Təəssüf ki, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğu üçün Azərbaycanda qalası oldum”.

22 yaşlı yarımmüdafiəçi bildirib ki, klubların düşərgəsinə yollana bilməyən milli üzvlərinə AFFA tərəfindən maddi dəstək göstərilib: “Hazırda Bakıdayam və burada olduğum müddətdə AFFA öz yardımını əsirgəməyib. Buna görə AFFA rəhbərliyinə, eləcə də milli komandanın məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Hər zaman bizə dəstək olurlar, həmişə qadın futboluna diqqət və qayğı göstərirlər”.

Qeyd edək ki, Roza Quliyeva son olaraq Gürcüstanda - “Nike FK”da legioner həyatı yaşayıb.

Məlumat üçün bildirək ki, FİFA və UEFA tərəfindən milli assosiasiyalara qadın futbolu ilə bağlı maliyyə yardımı ayrılıb. AFFA da məhz həmin vəsaitdən pandemiya səbəbindən çətinliklə üzləşən yığma üzvlərinə yardım göstərib.

 

 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31