29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Keşlə” pulumu verməsə, FİFA-ya şikayət edəcəyəm”

“Avropa Liqasına vəsiqə qazandığımız üçün "Keşlə"nin mənə verməli olduğu mükafatı hələ almamışam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin sabiq yarımmüdafiəçisi Ruslan Qurbanov deyib.

Mövsüm başa çatdıqdan sonra paytaxt klubu ilə yollarını ayıran 29 yaşlı hücumameyilli oyunçu rəhbərliyin ona verdiyi sözü tutmasını gözləyir: "Mənə pulun veriləcəyini dedilər, amma çoxdandır bir xəbər yoxdur. Əslində, elə böyük məbləğ də deyil. Bu üzdən həmin pulu "Keşlə"nin vermək iqtidarında olmaması mənim üçün təəccüblüdür. Sənədlərimi toplamaq, qohumlarımın yanına getmək istəyirəm, amma bu məsələyə görə qalmışam".

Milli komandamızın formasını geyinmiş Qurbanov paytaxt təmsilçisinin borcu ödəmək fikrində olmadığını qeyd edib: "Düşünürəm ki, "Keşlə" borcumu vermək istəmir. Ancaq müqaviləmdə yazılıbsa, ödəməlidirlər. Bu klub üçün sağlamlığımı ortaya qoydum, bütün gücümlə mübarizə apardım, zədələr aldım. Ötən il sonuncu yeri tutan komandanı bu il üçüncü pilləyə daşıdıq. Amma bunun fonunda indi pulumu verməmələrinə təəccüblənirəm".

Futbolçu problemin həll olunmayacağı təqdirdə, AFFA və FİFA-ya müraciət ünvanlayacağını da istisna etməyib: "Hər şeyin sakit şəkildə həllini istəyirəm. Mən halal pulumu tələb edirəm. Əgər ödəməsələr, o zaman AFFA-dan kömək istəyəcəyəm. Burada tək deyiləm, ailəmlə birlikdəyəm. Bu həftəni də gözləyəcəyəm, borcu verməsələr, AFFA-ya müraciət edəcəyəm. Gözləməyə çox vaxtım yoxdur. Əgər AFFA da kömək etməsə, nə edəcəyimi bilirəm. Məcbur qalsam, FİFA-ya şikayət edəcəyəm".

Qeyd edək ki, Ruslan Qurbanov 2019/20 mövsümündə Premyer Liqada 16 oyun keçirib, 2 qol vurub (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31