29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

16 il penta-triksiz: Hüseynovdan Kərimova qədər

Azərbaycan Premyer Liqası indiki adı aldığı vaxtdan heç bir futbolçu bir oyunda 5 top vurmayıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatları tarixinə təsadüf edən sonuncu penta-trik 2003/04 mövsümündə qeydə alınıb.

16 il əvvəl - 2004-cü ilin martında ağır günlərini yaşayan Sumqayıt “Xəzər”i çempionluq uğrunda mübarizə aparan “Şəmkir”lə ev oyununda Kənan Kərimov qarşısında aciz qalıb. Forvard 5 qolla 7:0 hesablı qələbənin memarı olub. Bu, çempionatlar tarixində sonuncu penta-trikdir.

İlk belə nailiyyət isə 1992-ci ildə yaşanıb. “Neftçi”nin futbolçusu Yunis Hüseynov birinci penta-trikin müəllifi olub. Az keçməmiş onun komanda yoldaşı Samir Ələkbərov bunu səfərdə bacaran ilk futbolçu kimi tarixə düşüb. Həmin çempionatın bombardiri Nazim Əliyev də onlardan geri qalmayıb və ilk mövsüm rekord sayda - 3 penta-triklə əlamətdar olub.

1995/96 və 1998/99 mövsümlərində isə iki belə hadisə qeydə alınıb. Öncə Fazil Pərvərovla Əli Abbasov fərqlənib. VIII ölkə çempionatı isə ilk dəfə legionerin penta-triki ilə əlamətdar olub. Buna Jaba Tsiklauri imza atıb. Elə həmin mövsümdə Leonid Kalfa da bir matçda 5 qol vurub. Bu, “Neftçi”nin üzvlərinin 3-cü penta-triki olub ki, bakılılar bu göstəricidə hamıdan öndədir. “Şəmkir”in üzvləri 2 dəfə fərqlənib.

Bütün penta-triklər

1992 mövsümü - Yunis Hüseynov (“Neftçi”)

07.08.1992. “Neftçi” - “Xəzər” Lənkəran” 6:0

1992 mövsümü - Samir Ələkbərov (“Neftçi”)

03.10.1992. “Kürmük” - “Neftçi” 2:6

1992 mövsümü - Nazim Əliyev (“Xəzər” Sumqayıt)

24.10.1992. “Xəzər” Sumqayıt - “Kürmük” 8:0

1995/96 mövsümü - Fazil Pərvərov (“Kəpəz”)

30.08.1995. “Kəpəz” - OİK 7:2

1995/96 mövsümü - Əli Abbasov (“Şəmkir”)

29.04.1996. “Şəmkir” - “Viləş” 9:2

1998/99 mövsümü - Jaba Tsiklauri (“Turan”)

21.11.1998. “Turan” - “Şahdağ” 8:0

1998/99 mövsümü - Leonid Kalfa (“Neftçi”)

07.02.1999. “Neftçi” - “Şahdağ” 11:0

2003/04 mövsümü - Kənan Kərimov (“Şəmkir”)

13.03.2004. “Xəzər” Sumqayıt - “Şəmkir” 0:7




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31