25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi"də belçikalı yarımmüdafiəçi

"Neftçi"nin sıralarında görmək istədiyi yeni oyunçulardan biri Sabir Buqrindi.

Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar" təlim-məşq toplanışına başlayan kimi düşərgəyə qoşulacaq 24 yaşlı futbolçu ilə müqavilə imzalanacaq.

Buqrin azərbaycanlı futbolsevərlərə tanışdı. Belə ki, o, Avropa Liqasının son mövsümündə qrup mərhələsində "Qarabağ"la hər iki matçda Lüksemburqun "Düdelanj" klubunun heyətində çıxış edib.

Hətta Sabir Tofiq Bəhramov adına Respublika stadionundakı 1:1 hesabıyla nəticələnən matçda 63-cü dəqiqədə hesabı açıb.

Mərakeş əsilli belçikalı olan Buqrin hücum planında mərkəz yarımmüdafiəçisidi. O, karyerası ərzində Belçikanın "Lyers" (76 oyun, 3 qol), Fransanın "Paris-2" (19, 1), "Paris" (4, 0) və Lüksemburqun "Dudelanj" (10,1) klublarında çıxış edib (football24.az).

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30