26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”da özümü həmişə vacib oyunçu saymışam”

Donald Gerye yenidən “Qarabağ”a qayıdışını şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, ölkəsinin mətbuatına müsahibəsində haitili futbolçu yenidən Ağdam klubunda oynayacağı üçün şad olduğunu söyləyib:

“Bu komandada özümü həmişə vacib oyunçu saymışam. Müəyyən fikir ayrılığından sonra yenidən bir yerdəyik. Mən xoşbəxtəm və özümü evimdəki kimi hiss edirəm.

“Neftçi”ni tərk etdikdən sonra menecerimlə danışdım. O, mənə Türkiyədən bir neçə təklifin olduğunu dedi. Amma bilirsiniz ki, indiki maliyyə problemi dövründə maaş almaq çətindir. Ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi. Bu, yaxşı komandadır. Klubda maliyyə problemi yoxdur, maaş vaxtında ödənilir. Mənim həyat yoldaşım da “Qarabağ”a qayıtmağımı istəyirdi”.

Gerye bildirib ki, “Qarabağ”da həmişə yaxşı oynayıb: “Mən buna görə həyat yoldaşıma və ailəmə təşəkkür edirəm. Mən həmçinin Qurban Qurbanova minnətdarlığımı bildirirəm. Burada əlimdən gələni edəcəyəm. İnanıram ki, yenidən yaxşı forma yığıb əsl Donald Geryenin kimliyini meydanda göstərəcəyəm. Mən “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm. Ona görə yox ki, “Qarabağ”a qayıtmaq istəyirdim. Biz sadəcə görüşdük. Çünki o, yaxşı insandır. O, mənim üçün çox şey edib və uğurlarımda pay sahiblərindəndir. Bizim münasibətlərimiz qalırdı və tez-tez danışırdıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30