19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Milli komandamızın baş məşqçi postuna iki namizəd qaldı

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə iki namizəd qalıb.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, bunlar irlandiyalı Roy Kin və italiyalı Canni De Byazidi.

Yeni baş məşqçi təyinatıyla bağlı müxtəlif məlumatlara baxmayaraq, AFFA hazırda bütün danışıqları "dondurub". Bu qərarın səbəbi koronavirus pandemiyasıdr. Hazırkı vəziyyətdə assosiasiya rəhbəriyi risk etmək istəmir.

Fakt budur ki, Azərbaycana iyulun 20-dək açıq idman növləri ilə məşğul olmaq qadağan edildi. Fakt deyil ki, həmin tarixdən sonra bu qadağa götürüləcək. Nəticə etibarilə vəziyyət belə ola bilər ki, yığma komandamız Millətlər Liqasının ev oyunlarını nəinki öz Vətənində keçirməyə, təlim-məşq toplanışı keçməyə də bilər.

Bu vəziyyətdə Azərbaycanın ümumiyyətlə, Millətlər Liqasından tamamilə imtina etməsi ehtimalı yetərincə böyükdü. Buna görə də indi baş məşqçi ilə müqavilə bağlamaq məqsədəuyğun deyil. Axı, müqavilə bağlandıqdan sonra Millətlər Liqasında iştirak edib-etməməsindən asılı olmayaraq, məşqçilər heyətinə kifayət qədər yaxşı maaş ödəməli olacaqsan.

AFFA rəhbərliyinin Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıqlar aparacağı və yalnız bundan sonra baş məşqçi vəzifəsinə potensial namizədlərlə danışıqlar prosesinin davam etdirilməsi, yaxud Millətlər Liqasında iştirakdan imtina etmək daxil olmaqla kəskin tədbirlər görülməsi qərara alınacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30