28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşləri: Toşak getsin!

“Xəzər Lənkəran”ın 7 fanat qrupu klubun fəxri prezidenti Mübariz Mənsimova müraciət ünvanlayıb. Apasport.az saytının məlumatına görə, fəal azarkeş Vaqif Rəşidovun təşəbbüsü ilə baş tutan müraciət “Xəzər Lənkəran”ın Moskva, “Fırtına”, “Pirates”, “Bosman” fanklubları, “Green Gate2”, “Caspian Ultras” fanat, eləcə də “12-ci oyunçu” azarkeş qrupları adından göndərilib.
 
Müraciətin göndərilməsinə komandanın son vaxtlar göstərdiyi uğursuz oyunlar səbəb olub. 
 
Fanatlar Toşakın yaxşı məşqçi olduğunu, ancaq Visente del Boskenin “Beşiktaş”da uğursuzluğa düçar olması ilə paralel müqayisə aparılaraq onun da ölkəmizdə işlərinin alınmaması bildirilib: “Çox hörmətli Mübariz Mənsimov! 2004-cü ildən bəri Azərbaycan futboluna inqilabi dəyişikliklər gətirən, futbolumuza gözəllik və maraq bəxş edən, fəxri prezidenti olduğunuz “Xəzər Lənkəran”ın yaradılmasından 10 il keçir. Arxada qalan bu illər ərzində sevimli komandamız kifayət qədər uğurlara və bir çox ilklərə imza atıb. Qısa müddət kəsiyində “Xəzər Lənkəran” böyük iddialarını ortaya qoymaqla özündən söz etdirə bilib. Bu illər ərzində çoxminli azarkeş ordumuz da daim komandanın yanında olmuş, acısını paylaşmış, sevincinə şərik çıxıb. Klubumuzun 10 illik yubileyi ərəfəsində siz irəliyə doğru daha bir addım ataraq dünyaca məşhur bir çalışdırıcını ölkəmizə, sevimli klubumuzun baş məşqçi postuna dəvət etdiniz. Bu, Con Benjamin Toşak idi. Dünyanın ən böyük klublarının bir çoxunu çalışdırmış Toşak ölkəmizə gəlib-getmiş məşqçilər arasında ən tanınmış və ən təcrübəlisidir. Siz bu addımla həm də azarkeşlərimizə komandanın ifasında 10 illik yubileydə qazanıla bilinəcək uğurların sevincini yaşatmaq istədiniz. Bütün bunlara görə sizə təşəkkür edirik”.
 
Müraciətdə qeyd olunub ki, idmanın müxtəlif növlərində olduğu kimi, elə futbolda da bəzən ən yaxşılar belə hər yerdə uğur qazana bilmirlər: “Buna misal olaraq, hazırda İspaniya millisinin baş məşqçisi Visente del Boskeni göstərmək olar. Bir neçə il əvvəl qardaş Türkiyənin öndə gedən ən böyük klublarından olan “Beşiktaş”a baş məşqçi gətirilən Del Boske orada qısa müddət çalışmalı oldu. Ardıcıl uğursuzluqlar sonrası Türkiyəni tərk edən bu çalışdırıcı bir neçə il işsiz qalmasına rəğmən, İspaniya millisinin başına keçdi. Məhz onun başçılığında İspaniya yığması dünya və Avropa çempionu adını qazandı.
 
Eyni müqayisəni də Con Toşaka da aid edib çoxlu faktları sadalamaq olar. Amma görünən odur ki, Toşakın “Xəzər Lənkəran”dakı karyerası alınmadı. Bu nə uelsli çalışdırıcının, nə də “Xəzər Lənkəran” komandasının zəifliyi deyildi. Yuxarıda da qeyd etdiyimiz kimi, belə hallara dünya futbolunda çox rast gəlinir”.
 
Cənublu azarkeşlər Mənsimova çatdırmağa çalışıb ki, bu nəticələrlə yubileyi qeyd etmək mümkün olmayacaq və nə qədər gec deyil Toşakı göndərmək lazımdır: “Xəzər Lənkəran” komandasının son bir neçə uğursuz oyununa münasibət bildirərkən Toşak özü də etiraf edib ki, burada istədiyi komandanı hələ də yarada bilməyib. Nəzərə alsaq ki, artıq çempionat başlayıb və 5 tur arxada qalıb, sevimli komandamız isə tam formalaşa bilmədiyindən hələ də qələbə üzünə həsrətdir, deməli bu gedişlə klubumuzun 10 illik yubileyində hər hansı uğura imza atmağımız ağıla sığan deyil.
 
Bütün bunları nəzərə alaraq, “Xəzər Lənkəran” azarkeşlərinin əksəriyyətinin adından sizlərdən xahiş edirik ki, komandanın baş məşqçisi Con Toşakla yolların ayrılması barədə düşünəsiniz. Toşaka bir insan kimi, eyni zamanda bir məşqçi kimi böyük hörmətimiz var. Amma uğur olmayanda və konkret iş görməyin vaxtı gələndə qətiyyətli addımların atılması zəruriləşir. Düşünürük ki, belə bir zərurət artıq yaranıb. Azarkeşlərimiz sizdən tədbir görməyinizi səbirsizliklə gözləyir”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31