24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Sumqayıt”da daha bir ayrılıq

Şəhriyar Əliyevin ardınca “Sumqayıt” daha bir futbolçu ilə vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, Mehdi Şərifi komandadan ayrılıb.

İranlı forvardın klubla müqaviləsi başa çatıb. Məşqçilər korpusu Şərifinin xidmətində maraqlı olmadığı üçün onunla yeni müqavilə imzalanmayıb.

Qeyd edək ki, mətbuatda daha bir neçə futbolçunun “Sumqayıt”dan gedişi haqda xəbərlər yayılsa da, bu ana qədər rəsmən Şəhriyar Əliyev və Mehdi Şərifi komanda ilə vidalaşıb.

Şərifi kimi Əliyevin də sözləşməsi bitmişdi. Bu səbəbdən də müdafiəçi daha sərfəli təklif aldığı “Keşlə” ilə anlaşıb.

Əlavə edək ki, ötən yay "Sumqayıt"a qoşulan Şərifi Premyer Liqada 5 qola imza atıb.

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30