20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sabah”dan növbəti “unikal” addım: Yerli oyunçuların transferi üçün əcnəbi skaut

Cari mövsüm fiaskoya uğrayan, xərclənən 10 milyon manatın qarşılığında avrokuboklardan kənarda qalan “Sabah” rəhbərliyi əvvəlki səhvlərdən nəticə çıxarmayıb.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi bu günlərdə daha bir “unikal” addım atıb. Belə ki, ölkə xaricindən əcnəbi skaut klubda fəaliyyətə başlayıb. Əcnəbi mütəxəssisin ad soyadını dəqiqləşdirə bilməsək də, milliyyətcə rusdur. O, artıq bir neçə gündür “Sabah”ın ofisində çalışmalara başlayıb.

Əslində, hansısa kluba əcnəbi skautun cəlb olunması adi haldır. Lakin məsələ burasındadır ki, həmin rusiyalı skaut “Sabah”a 1 əcnəbi futbolçu belə təklif etmir. Yalnız yerli oyunçuların transferi üçün çalışır.

Maraqlıdı, yerli oyunçuların transferi üçün ölkə xaricindən skaut gətirməyə nə ethiyac var ki? Onsuz da son mövsüm adından söz etdirən yerli futbolçular göz önündədirlər və onların adları hər kəsə məlumdu. Məsələn, Amin Seydiyevin keçidi üçün əcnəbi skauta nə gərək var ki?

Hazırda “Sabah” rəhbərliyi əcnəbi transferində maraqlı deyil. Birincisi, onsuz da heyətdə legionerlərin sayı kifayət qədərdi. Daillo, Amadu kimi əcnəbilər meydana çıxmasalar da, kifayət qədər yüksək məvacib alırlar.

Yəni əcnəbilər baxımından bəs qədər problem yaşayan “Sabah” rəhbərliyi hazırda bütün diqqəti yerli oyunçuların keçidinə yönəldib. Üzdə olan bütün yerli gənclərə demək olar ki təklif göndərilib. Məsələn, “Sumqayıt”dan Mehdi Cənnətov, Aleksey İsayev və Elvin Cəfərquliyevin heyətə cəlb olunması üçün çalışılır. Adıçəkilən futbolçuların transferi üçün isə hansı əcnəbi skautun gəlişinə heç bir ehtiyac yox idi...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30