19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

FİFA-dan AFFA-ya 1.5 milyon dollar

FİFA koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinlikləri aradan qaldırmaq üçün milli federasiyalara edilən maliyyə yardımının detallarını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, yardım məqsədilə ümumilikdə 1.5 milyard dollar vəsait ayrılıb.

AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.

Konfederasiyaların hər birinə isə 2 milyon dollar ödəniləcək. Ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdır.

Beləliklə, AFFA FİFA-dan 1.5 milyon dollar yardım alacaq. Bir müddət əvvəl bu məbləğin 500 min dollar olduğu açıqlanmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30