19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”: 14 mövsüm, 16 bombardir

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə “Qəbələ”nin 9 futbolçusu rəqib qapısına qol vurub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri qış fasiləsində komandadan ayrılan Davit Volkov olub. O, çempionatda 5 qol vurub. İki oyunçu - Nikolas Raysel və Rövlan Muradov isə hərəyə 4 dəfə fərqlənib.

Volkov ilk dəfə “Qəbələ”nin mövsüm üçün ən məhsuldar oyunçusu olub. Ümumiyyətlə, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “qırmızı-qaralar”ın heyətində hər mövsüm fərqli futbolçu bombardir olub. İki mövsümdə bunu birdən artıq futbolçu bacarıb. 2011/12 və 2012/13 mövsümlərində komandamızın iki oyunçusu eyni sayda qol vurub. Ümumilikdə, 16 futbolçu mövsümün bombardiri adına yiyələnib.

“Qəbələ”nin Premyer Liqada mövsümlər üzrə bombardirləri

2006/07. Vüsal Qarayev - 4

2007/08. Vitali Balamestnı - 8

2008/09. Farzad Hatəmi - 8

2009/10. Tomaş Stolpa - 7

2010/11. Deon Barton - 9

2011/12. Yannik Kamanan, Dodo - 9

2012/13. Lurival Rodriges, Viktor Mendi - 6

2013/14. Daniel Subotiç- 12

2014/15. Cavid Hüseynov - 11

2015/16. Aleksey Qay - 10

2016/17. Filip Ozobiç - 11

2017/18. Baqali Dabo - 13

2018/19. Ceyms Adeniyi - 10

2019/20. Davit Volkov - 5




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30