20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Sumqayıt" avrokuboklara Qəbələdə hazırlaşmaq istəyir

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandasının yeni mövsümə iyulun 10-da başlamaq istəyir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov açıqlama verib.

39 yaşlı mütəxəssis hazırlıq planı tərtib etdiklərini söyləyib: "Pandemiyaya görə bir az çətinlik çəkirik. Yəqin ki, iyulun 5-dən sonra idmana icazə verilər. İcazə versələr, toplaşmaq istəyirik".

Abbasov deyib ki, yay hazırlığı üçün Qəbələdə və ya başqa bölgədə təlim-məşq toplanışı keçirmək ehtimalları var: "Hazırda müəyyən çətinliklər var. Çalışacağıq ki, nəyə imkan çatırsa, ən yaxşısını edək. Qəbələdə də hazırlıq keçə bilərik. Karantini avqustun 1-dək uzadıblar, Bakını tərk etmək çətin olacaq. İmkan yaratsalar, klublar təlim-məşqlər etməlidir. İmkan olsa, rayonlarda toplanış keçirə bilərik".

Baş məşqçi bu həftə rəhbərliklə görüşün olacağını vurğulayıb: "Görüşəndən sonra futbolçuların taleyinə də aydınlıq gələcək".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi mövsümün vaxtından əvvəl başa çatdırılması barədə qərar verib. "Sumqayıt" 23 xalla 4-cü pillədə qərarlaşıb və Avropa Liqasında iştirak hüququ qazanıb.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30