18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

İTV-ni oyuncağına çevirən “Sabah”la “ziyana düşən” “Zirə”nin haqsız davası

VƏ YA İDMAN PRİNSİPLƏRİNDƏN DANIŞANDA HEÇ OLMASA PREMYER LİQAYA NECƏ YÜKSƏLDİYİNİZİ XATIRLAYIN

Son günlər Azərbaycan futbolunda əsas müzakirə olunan məsələ Premyer Liqada mövsümün erkən başa çatdırılmalısıdır. AFFA İcraiyyə Komitəsi mövcud vəziyyəti nəzərə alaraq qərar qəbul etdi. Qısa zaman sonra Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 21-dən iyulun 5-nə kimi karantin elan etdi və açıq havada idman yarışlarının keçirilməsinə qadağa qoyuldu. İyulun 5-nə kimi karantin elan olunması və açıq havada idman yarışlarının qadağan edilməsi də İcraiyyə Komitəsinin qərarının düzgün olduğunu sübuta yetirdi. Onsuz da qərar açıqlanandan sonra əksər mütəxəssislər bunun düzgün olduğunu bildirmişdilər.

Çempion elan edilən “Qarabağ”la yanaşı, “Neftçi”, “Keşlə” və “Sumqayıt” Avroliqaya vəsiqə qazandı. Sonuncular üçün bu, ilkdi. Komanda tarixində ilk dəfə Avroliqada yarışacaq. “Sumqayıt”da son illər görülən işlər məhz buna doğru gedirdi. Komanda hələ ötən il Avroliqaya vəsiqə qazanmağa yaxın olsa da, kubokun finalında “Qəbələ” “sədd”i keçilməz olmuşdu.

Premyer Liqanın demək olar ki, əksər klubları verilən qərarın düzgünlüyünü anlayırlar. Lakin “Sabah” və “Zirə” istisna olmaqla. Əslində, “Sabah” rəsmi şəkildə qərara etiraz etmir. Hətta klubun baş məşqçisi də verilən qərarın düzgün olduğunu açıqlayıb. Lakin daha əvvəl də yazdığımız kimi, “Sabah”da hazırda vəziyyət qarışıqdır. Kluba mövsümün əvvəlində nəzərdə tutulandan 2 dəfə çox pul xərclənib və nəticə yoxdur. Ona görə də sponsorlar rəhbərlikdən bunun hesabını sorur. “Sabah”ın hazırkı rəhbərliyinin yeganə ümid yeri çempionatın bərpası və ... möcüzə idi. O isə baş vermədi. Odur ki, indi göyə sovrulan 10 milyon manatın hesabatını vermək lazımdı. Vəziyyətdən çıxmaq üçün “Sabah”ın hazırkı rəhbərliyi İctimai Televiziyanı oyuncağa çevirib. Xüsusən də “3 D” verilişindən daha çox bu məqsəd üçün istifadə edilir. Sanki pandemiya dövründə ölkədə müzakirə ediləsi yeganə mövzu məhz futboldu. Gündə yüzlərlə insanın virusa yoluxduğu, bir neçə nəfərin vəfat etdiyi bu məqamda futbol necə əsas problem ola bilər?

İTV-nin “Sabah”a canıyananlığı heç kimə sirr deyil. Hətta sıravi insanlar belə bundan xəbərdardırlar. Məsələn, İTV-nin Feysbuk səhifəsində yazılan bir şərhə diqqət: “Bəlkə İTV-nin adını dəyişib Sabah TV edəsiz?:) Qərargah qadağan edir, İTV etiraz edir, əsas Sabahdı:)”

10 milyon vəsait xərcləyib, nəticə qazana bilməyən “Sabah” rəhbərliyi hesab verməkdən qurtula bilsə, qarşıdakı günlərdə saytları “Mustivar “Sabah”da”, “Gerye “Sabah”da”, “Qeye “Sabah”da”, “Tural Axundov “Sabah”da” tipli xəbərlərin bəzəyəcəyi proqnozlaşdırılır. Axı hər kəsə məlumdur, Azərbaycanda hansı futbolçu azad agent olur, dərhal “Sabah” ona göz qoyur.

Özü kölgəyə çəkilib, İTV vasitəsi ilə qərara etiraz edən “Sabah”dan fərqli olaraq, “Zirə” narazılığını birbaşa yolla bildirir. Haqsız olsa belə, ən azı “Zirə” “Sabah”dan cəsarətlidi. Amma “bu qərar bizi ziyana saldı” deyən Zaur Həşimovun açıqlamasına da biganə qalmaq olmur. Təsəvür edirsiz, Avroliqaya iddia edən klubun baş məşqçisi bazaları olmadığı üçün oteldə qalmalarını, ödənişli meydançalardan istifadə etməklərinə görə kimisə günahlandırır. Əvvəla, “Zirə”nin bazası, məşq etmək üçün meydançası yoxdursa, buna İcraiyyə Komitəsi neyləsin? İkincisi, Zaur Haşımova sual vermək lazım idi ki, “bu qısa müddətdə otelə, ödənişli meydançalara xərclənən vəsait qışda istəyinizlə transfer olunan Ağabala Ramazanov, Davit Volkov, Alie Sesay, Yovan Krneta, George Antona xərclənən pulun 0 tam neçə faizi edir?” Bu qədər transferin qarşılığında komanda çempionatın 75 faizi başa çatdıqdan sonra 8 komanda arasında ilk “dördlük”də deyilsə, bunun günahı ilk növbədə baş məşqçidə deyil?

Əslində, Zaur Həşimov özü də etirazının haqsız olduğunu bilir: “Biz buna etiraz edirik. Ancaq əfsuslar olsun ki, hazırda bizim etirazımız nəticə verməyəcək”...

Hazırda idman prinsiplərindən danışan “Sabah” və “Zirə” heç olmasa Premyer Liqaya necə yüksəlmələrini xatırlasınlar. 2014/15 mövsümündə I divizionda “Zirə” 5-ci yeri tutaraq, Premyer Liqaya vəsiqə qazanmışdı. Bəs ondan niyə idman prinsipləri yada düşmürdü? Turnir cədvəlində ilk 2 yeri tutan “Neftçala” və “Ağsu” Premyer Liqaya buraxılmayanda AFFA İcraiyyə Komitəsi yaxşı idi, indi pis oldu? “Zirə” kimi elə “Sabah” da Premyer Liqaya 5-ci yerin sahibi kimi yüksəlib. Onda niyə İTV etiraz etmədi ki, nəyə görə I divizionda I, II, III, IV yerin sahibi yox, 5-ci yeri tutan “Sabah” Premyer Liqaya vəsiqə əldə edir?

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30