20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” Çempionlar Liqasındakı potensial rəqibləri

“Qarabağ”ın Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması zamanı yer alacağı səbət müəyyənləşib.

Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, koronavirus pandemiyası üzündən Premyer Liqanın yarımçıq başa çatdırılması səbəbindən Azərbaycan çempionu elan edilən Qurban Qurbanovun komandası səpələnmiş olacaq. Buna səbəb 8 qat Azərbaycan çempionunun yüksək reytinqidir. Əyalət klubunun UEFA əmsalı 21,000-ə bərabərdir.

I təsnifat mərhələsində 34 komanda mübarizə aparacaq. Onlardan biri ilkin raundun qalibi olacaqsa, digər 33 klub yarışa buradan başlayacaq.

Artıq bu “33-lük”dən 24-ü bəllidir. “Qarabağ” reytinqinə görə 4-cü yerdədir. Azərbaycan çempionu yalnız “Seltik”, “Astana” və “Srvena Zvezda”dan geri qalır.

4-cü yer isə artıq səpələnmiş olmağa təminat verir. Çünki hər səbətdə 17 komanda yer alacaq. Çempionu bilinməyən 9 ölkənin təmsilçisi yüksək əmsala malik olsa belə, hazırda ilk 8 pillədə olan komanda, o cümlədən “Qarabağ” güclü “17-lik”də qərarlaşacaq.

“Seltik”, “Astana”, “Srvena Zvezda”dan başqa, “Molde”, “Şerif”, “Ferensvaroş” və “Dandolk” da “Qarabağ”la eyni səbətdə yer aldığından çempionumuza rəqib olmayacaq. Əvəzində səpələnmədiyi dəqiqləşən 7 klub mümkün rəqiblərdir. Bunlar “Riqa”, “Konnah”, “Klaksvik”, “Europa”, “KuPS”, “Reykyavik” və “Floriana”dır.

Çempionlar Liqası, 2020/21 mövsümü

I təsnifat mərhələsi

Səpələnmişlər

“Seltik” (Şotlandiya) - 34,000

“Astana” (Qazaxıstan) - 29,000

“Srvena Zvezda” (Serbiya) - 22,750

“Qarabağ” (Azərbaycan) - 21,000

“Molde” (Norveç) - 14,000

“Şerif” (Moldova) - 12,750

“Ferensvaroş” (Macarıstan) - 9,000

“Dandolk” (İrlandiya) - 8,500

Qeyri-müəyyənlər

“Suduva” (Litva) - 6,750

“Omoniya” (Kipr) - 5,350

“Vardar” (Şimali Makedoniya) - 5,000

“Sarayevo” (Bosniya və Herseqovina) - 4,750

“Fola” (Lüksemburq) - 4,750

“Dinamo” (Tbilisi, Gürcüstan) - 4,750

“Yurqorden” (İsveç) - 4,550

“Flora” (Estoniya) - 4,000

“Dinamo” (Brest, Belarus) - 3,775

Səpələnməmişlər

“Riqa” (Latviya) - 3,500

“Konnah” (Uels) - 3,250

“Klaksvik” (Farer adaları) - 2,750

“Europa” (Cəbəllütariq) - 2,750

“KuPS” (Finlandiya) - 2,500

“Reykyavik” (İslandiya) - 2,500

“Floriana” (Malta) - 1,150

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30